Şok görüntülər… Hansı şirkət sosiskalarını toyuq sümüklərindən hazırlayır?-Video

 
1-09-2025, 11:46           
Bəs görəsən ölkəmizdə hansı marka altında şirkətlər bu üsulla sosiska hazırlayır.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov isə bildirib ki, ölkədə kolbasa  və sosiska  istehsal edən çoxlu  müəssisə var:
Bu müəssisələr ciddi monitorinqdən keçirilməlidir. Onların arasında barmaqla sayılacaq qədər standartlara uyğun kolbasa və sosiska məmulatları istehsal edən müəssisə var. Çox təəssüf ki, standartlara uyğun mal istehsal edənlər öz bazarlarını təmizləmək üçün heç bir iş görmürlər. İstisna etmirəm ki, saxtakarlarla həqiqi istehsalçılar arasında əlaqə var. Ola bilsin ki, onlar arasında kolbasa, sosiska məmulatlarının bəzi örtükləri, inqridientlərinin alqı-satqısı aparılır. Burada sirli, mənə məlum olmayan məqam var. Əlbəttə, bu cür etiketsiz, istehsal tarixi bəlli olmayan, bazarlarda, bəzən də meyvə dükanlarında satılan kolbasalar barədə AİİB-yə daim məlumatlar gəlir. Əhalinin ciddi narazılığından, istehlakçını düşündürən amillərdən biri həmin kolbasaların həddindən artıq ucuz olmasıdır. İllər boyu Daxili İşlər Nazirliyi ölkənin müxtəlif yerlərindən murdar olmuş heyvanların, atların, eşşəklərin ətlərinin Bakıya daşınmasını ifşa edib, cinayət işi qaldırıb. İstisna olunmur ki, bu cür ucuz ətlər etiketsiz, saxta kolbasa istehsalçılarına yönəlir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu sahəni tamam çeşidləyib qurtarmır. Buna görə də böyük narazılıq mövcuddur”.
Araşdırmamız davam edir:
Həmin görüntüləri təqdim edirik:
Video Player

00:0002:04
 



Xəbəri paylaş


 
 


Xəbər lenti