"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...
9-09-2025, 11:03
"Nizami City" yaşayış kompleksinin nümayəndələri vətəndaşı razı salmadan, bütün kommunikasiya xətlərini kəsib.Bu barədə "Sitat.info"ya 6-cı paralel küçədə yaşayan sakin Yasamən İbrahimova danışıb.
Səs-küydən ağız deyəni qulaq eşitmir. Qorxuruq, hər an faciə baş verə bilər. Evimizin dördbiryanında xəndəklər qazıblar. Hündür hasarlar çəkiblər. Kranlar evimizin üzərində işləyir. Çölə çıxmağa qorxuruq. Belə bir təhlükədə yaşayırıq. Biz deyirlər ki, sizi 1-2 aylıq başqa əraziyə köçürək. Sabah evimizi sökdülər, bunlara güvən yoxdur. Kompensansiya versinlər, sonra bizi köçürsünlər.
Bu barədə aidiyyatı qurumlara müraciət etmişəm, baxan yoxdur".
Vətəndaş qəzalı duruma düşən evinin və həyətinin videogörüntüsünü bizə yollayıb.
Dia-az həmin görüntüləri təqdim edir:
Xəbəri paylaş



























