Mahruzluda kommunikasiya sistemlərinin qurulmasına 24 milyon xərclənəcək

 
26-09-2025, 13:23           
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Amal Group” MMC (VÖEN – 1305578581) olub.
Yeniavaz.com 
xəbər verir ki, “Amal Group” MMC Xidmətin sifarişi əsasında Qubadlı rayonu, Mahruzlu kəndi üzrə qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işlərini həyata keçirəcək və qarşılığında 23 milyon 782 min 656 manat alacaq.
Məlumat üçün bildirək ki, “Amal Group” MMC 9 iyul 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimli Orxan Asif oğludur.



Xəbəri paylaş


 
 


Xəbər lenti