Bakının mərkəzində ağacları kəsən 4 nəfər saxlanıldı - Foto
2-10-2025, 12:58
Nəsimi rayonunda ağacların kəsilməsi faktı üzrə saxlanılanlar var.“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Belə ki, Nəsimi rayonu Salatın Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır. Hazırda ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.

Xəbəri paylaş



























