Əli Qurbanov AZNEFT-in rəhbərliyindən uzaqlaşdırıldı
14-10-2025, 11:01
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib. "DİA-AZ" xəbər verir ki, bu məlumatı öz sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı açıqlayıb.NHMT sədrinin sözlərinə görə, Əli Qurbanov bundadn sonra fəaliyyətini UPSTREAM-da Xüsusi layihələr üzrə direktor vəzifəsində davam etdirəcək.
Ə.Qurbanovun dosyesini təqdim edirik:
Əli Qurban oğlu Qurbanov 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə özül rəisi vəzifəsinə qədər yüksəlib. 1998-ci ildən başlayaraq bp şirkətində fəaliyyətini davam etdirib, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə çalışıb.
2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.
Ə.Qurbanov bundan əvvəl Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru kimi çalışıb.
Qeyd edək ki, Ə.Qurbanov 2024-ci ilin mart ayından Birliyə rəhbərlik edirdi.
Xəbəri paylaş



























