Daha bir İcra Hakimiyyətində yoxlamalara başlanıldı

 
5-11-2025, 12:59           
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır, Hesablama Palatası nəzarət tədbiri həyata keçirir.
Əyalətmedia.az
xəbər verir ki, bu barədə “Ajans.az” məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir.
Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.



Xəbəri paylaş


 
 


Xəbər lenti