“Yeganə” şadlıq sarayı yüksək məbləğdə borca düşdü
21-11-2025, 11:26

“Yeganə” şadlıq sarayının dövlət qarşısında vergi borcunun yarandığı üzə çıxıb.
Bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.Məlumata görə, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 47 890.28 manat vergi borcunun yarandığı məlum olub.
Qeyd edək ki, “Yeganə” şadlıq sarayı 2019-cu ildən “Yeganə Palace” MMC kimi dövlət qeydiyyatındadır. MMC-nin qanuni təmsilçisi Şahin Səfərovdur.
Xəbəri paylaş



























