“Aytən Səfərovaya görə özünü benzinlə yandırmağa cəhd edən də olub” - Klinikadan cavab
21-11-2025, 13:48
“Caspian International Hospital” əvvəllər orada çalışan tanınmış həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılması və klinikanın vəzifəli şəxslərinə cinayət işinin açılması ilə bağlı yayılan iddialara cavab verib.Klinikadan “Qafqazinfo”ya bildirilib ki, sözügedən iddialar əsassızdır.
Həmçinin qeyd edilib ki, A. Səfərova ilə əmək müqaviləsinə xitam verildikdən 10 ay sonra klinika rəhbərliyinə zəng edən və özünü Aytən Səfərovanın vəkili kimi təqdim edən şəxs 11 000 manat vəsaitin kartlarından oğurlandığını iddia edib: “Vəkil məsələnin aydınlaşdırılması üçün klinikaya dəvət olunsa da, görüşdən imtina edib və klinikanı məhkəməyə verməklə hədələyib. Hazırda bu məsələ hüquqi müstəvidə araşdırılır”.
Xatırladaq ki, xəstəxananın vəzifəli şəxsləri tərəfindən Aytən Səfərovanın icazəsi olmadan ona yeni bank kartının sifariş olunması və hesabından 11 min manat vəsaitin mənimsənilməsi ilə bağlı iddia yayılmışdı.
Xəbəri paylaş



























