Müştərinin maşınını xəbərdarlıq etmədən alıb satdılar - “MASSİ” MMC qanunlara meydan oxuyur

 
24-11-2025, 12:35           

“Azərbaycan Reallığı”na müraciət edən Cəlilabad sakini Rövşən Rzayev iddia edir ki, “MASSİ” MMC ilə aralarında bağlanmış daxili lizinq müqaviləsi şirkət tərəfindən qanunsuz şəkildə birtərəfli ləğv edilib və avtomobili onun iştirakı olmadan əlindən alınıb, daha sonra isə başqa şəxsə satılıb.Rövşən Rzayevin sözlərinə görə, o, 20 may 2024-cü il tarixdə “MSSİ” MMC (faktiki “MASSİ” MMC) ilə 50E/24 saylı daxili lizinq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, 1 ədəd “Hyundai Elantra” markalı, 77-AX-248 dövlət qeydiyyat nişanlı avtomobil (ban nömrəsi:KMHD04LBXHU355439, rəngi: ağ, buraxılış ili: 2016, mühərrik həcmi: 1598 sm³) Rövşən Rzayevə 3300 manat ilkin ödəniş, aylıq isə 1050 manat olmaqla 48 ay müddətinə lizinqə verilib.Şikayətçi qeyd edir ki, o, 30 sentyabr 2025-ci il tarixinə qədər bütün ödənişləri 1 saylı Əlavədə göstərilən müddət və məbləğlərə uyğun şəkildə edib. Lakin həmin ayda yaranmış çətinlik səbəbindən yalnız bir ödənişi gecikdirib.Rövşən Rzayev bildirir ki, 3 oktyabr 2025-ci ildə avtomobil şirkət tərəfindən uzaqdan deaktiv edilib, ertəsi gün isə onun iştirakı olmadan Bakı şəhəri, Oskar Əfəndiyev küçəsində yerləşən duracağa aparılıb.8 oktyabr 2025-ci ildə o, “MASSİ” MMC-nin direktoru Şahin Sultanovla “WhatsApp” üzərindən əlaqə saxlayıb:“Mənə dedi ki, müqaviləyə birtərəfli xitam verilib. Ancaq iki ödənişi - 1050 manatı ödəsəm, maşını qaytara bilərik. Mən 525 manatı topladığımı, digər 525 manatı isə bir neçə günə düzəldəcəyimi bildirdim. O da razılaşdı və pulu düzəldəndə ofisə yaxınlaşmağımı dedi.”Şikayətçinin sözlərinə görə, o, 11 oktyabr 2025-ci ildə tələb olunan 1050 manatı tam şəkildə toplayaraq direktor Şahin Sultanova yazsa da, artıq cavab verilməyib.Rövşən Rzayev 13 oktyabr 2025-ci ildə şirkətin Bakıdakı ofisinə gedib. Orada ona bildirilib ki, müqaviləyə birtərəfli qaydada xitam verilib və avtomobil artıq başqa şəxsə satılıb. Şirkətin yeni hüquqşünası olan Elvin adlı şəxs onun haqlı olduğunu təsdiq etsə də, hadisələrim ondan öncə olduğunu bildirib şirkətin heç bir halda ödəniş etməyəcəyini, şirkətin daxili qaydalarının müqavilə şərtləri və qanunvericilik normalarından üstün olduğunu bildirib. “Mən yalnız bir ödənişi gecikdirmişdim. Halbuki müqavilədə aydın yazılıb ki, müqaviləyə xitam yalnız ardıcıl iki dəfədən artıq ödəniş gecikdirildiyi halda verilə bilər. Mənim vəziyyətimdə heç bir hüquqi əsas yox idi. Avtomobili xəbərdarlıq etmədən əlimdən aldılar və sonra da satdılar.”Lizinq müqaviləsinin 7.2-ci bəndinin “d” yarımbəndinə əsasən, lizinq alan ardıcıl iki ödənişdən artıq gecikdirdiyi halda müqaviləyə birtərəfli xitam verilə bilər.Bu norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə tam uyğundur.Rövşən Rzayevin sözlərinə görə, o, yalnız bir aylıq ödənişi, cəmi 5 gün gecikdirib və buna görə lizinq verənin avtomobili əlindən alması və müqaviləyə xitam verməsi qanunsuz hesab olunur.Rövşən Rzayev bildirir ki, lizinq müqaviləsi qüvvədə olduğu müddətdə o, şirkətə ümumilikdə 19 965 manat vəsait ödəyib. Şikayətçi hazırda iki tələb irəli sürür:“MASSİ” MMC müqaviləni əsassız olaraq ləğv edib, hüquqlarımı pozub. Bir aylıq gecikməyə görə nə maşını əlimdən almalıyıdılar, nə də satmalıydılar. Mən ödəməli olduğum məbləği də düzəltmişdim, amma məqsədli şəkildə cavab vermədilər. Bu, tam qanunsuzluqdur.”Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq



Xəbəri paylaş


 
 


Xəbər lenti