11 ayda 1,3 milyon manat — Seymur Orucovun icra başçısı olduğu Ağstafada bu məbləğ nəyə xərclənib? + SİYAHI

 
24-11-2025, 12:44           
Seymur Orucovun rəhbərlik etdiyi Ağstafa Rayon İcra Hakimiyyəti və ona tabe qurumların cari ildə keçirdiyi tenderlər diqqət çəkir.
32gun.az-ın araşdırması zamanı məlum olub ki, idarəçilərin abadlıq və təmir adı ilə bağladıqları müqavilələrin ümumi dəyəri 1 milyon 297 min 352,55 manat təşkil edir. Bu vəsaitlərin hansı əsaslarla seçilən şirkətlərə verilməsi mübahisəli məqamlarla yadda qalır. Araşdırma göstərir ki, tenderlərin əhəmiyyətli hissəsi eyni şirkətlərin payına düşüb

Bağlanmış tenderlərin siyahısını təqdim edirik: 

“ELTA Development” QSC — 311.520,17 AZN

Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən yolların təmiri işlərinin satın alınması üçün “ELTA Development” QSC ilə 311.520,17 manat dəyərində müqavilə imzalanıb.

“AZSUR GROUP” MMC – ardıcıl 3 tender

Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Ağstafa RİH-in bu il həyata keçirdiyi üç müxtəlif tenderdə eyni şirkətin qalib gəlməsi xüsusi diqqət çəkir.
Bu tenderlər aşağıdakılardır:
  • Ağstafa şəhərində abadlıq işləri — 256.800,01 AZN
  • Kommunal binaların əsaslı təmiri — 149.638,17 AZN
  • Abadlıq işlərinin görülməsi — 388.409,43 AZN
Qeyd edək ki, “AZSUR GROUP” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır, şirkətin qanuni təmsilçisi isə Rəşad İmanlı Yasəf oğludur. Bu qədər aşağı kapitalla milyonlarla manatlıq tenderlərə çıxıb qalib gəlməsi ictimai müzakirələrə səbəb olub.

“BUTA SUPPLY” MMC — 114.402,77 AZN

Nümayəndəlik tərəfindən “BUTA SUPPLY” MMC-yə şəhərdə işıqlanma və abadlaşdırma xidmətlərinin satın alınması üçün 114.402,77 manat ödənilib.

“Harmony Industrial Construction and Engineering Group” MMC — 76.582 AZN

Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması məqsədilə keçirilən tenderin qalibi “Harmony Industrial Construction and Engineering Group” MMC olub. Müqavilənin dəyəri 76.582 manatdır.

Diqqət çəkən məqamlar

 Tenderlərin böyük hissəsinin eyni şirkətə – nizamnamə kapitalı 10 manat olan “AZSUR GROUP” MMC-yə verilməsi şəffaflıqla bağlı ciddi suallar doğurur.  “Abadlıq” adı altında milyonlarla vəsait ayrılmasına baxmayaraq, görülən işlərin real vəziyyəti ilə müqavilə məbləğləri arasında uyğunsuzluq məsələsi yenə gündəmdədir.  Aztəminatlı ailələrə ayrılan məbləğin digər xərclərlə müqayisədə çox aşağı olması prioritetlərin hansı istiqamətə yönəldiyini göstərir.
– İcra Hakimiyyətinin seçdiyi nizamnamə kapitalı 10 manat olan şirkətin ( “AZSUR GROUP” MMC) maliyyə gücü və əməliyyat imkanları buna cavab verib-verməməsi sual doğurur.
Xatırladaq ki, Ağstafa dəfələrlə ağac kəsimi, "yaşıl terror"la gündəmə gəlib.  Eləcə də abadlıq işləri görən Ağstafada bir nüçə gün öncə rayon sakinləri ərazidə yerləşən avtomobil körpüsünün qəzalı vəziyyətdə olması gündəm olmuşdu
Ayaz Musaköylü 
 

Ağstafada Ümummilli liderin adını daşıyan prospektdə "ekoloji Terror"/ Ağacı kəsib, Obyekt tikirlər / VİDEO
 
Ağstafanın bu kəndində yol nişanları qırılıb və yararsız vəziyyət düşüb / Ölüm saçan TƏHLÜKƏ
 
Ağstafanın bu kəndində yol nişanları qırılıb və yararsız vəziyyət düşüb / Ölüm saçan TƏHLÜKƏ
 
Ağstafada şəhərin mərkəzində "Yaşıl Terror" davam edir / Ekologiya və Təbii sərvətlər Nazirliyinin idarəsi isə... + VİDEO

 Paylaş




Xəbəri paylaş


 
 


Xəbər lenti