Dələduzluqla üzləşmiş vətəndaş Prezident İlham Əliyevdən kömək istəyir – ŞİKAYƏT
16-12-2025, 11:56
Şəki rayonun Baş Göynük kənd sakini Nurəddinov Adil Yasin oğlu tərəfindən Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ictimailəşdirilməsi məqsədi ilə Neftçala rayonun Aşağı Surra kənd sakini olmuş Ağayev Şəhriyar Valeh oğlu və onun FHN-nin əməkdaşı olmuş dostu, Salyan rayonun Çuxanlı kəndindən olan Nurlan tərəfindən oğlunu FHN-də iş düzəltmək adı altında dəlduzluq yolu ilə aldıqları 14000 ( on dörd min) manat pulun qaytarılması barədəşikayət məktubu ünvanlanıb.Bir surəti də Aktualinfo.net-ə daxil olan şikayət məktubunda deyilir:
Çox hörmətli cənab Prezident İlham Əliyev!
Əvvəlcə xatırlatmaq istərdik ki, mən oğlumun işə düzəlməsi üçün tanış olduğum hərbi qulluqçu, Şəhriyar Ağayevin vədlərinə inananaraq, guya onun yuxarılarda vəzifəli şəxslərlə dostluq əlaqələrinin olduğunu bildirərərək onun işlə təmin olunmasını üzərinə götürmüşdür. Konkret olaraq Şəhriyar Fövqəladə Hllar Nazirliyində söz sahibi olan dostu, əslən Salyan rayonun Çuxanlı kəndindən olan Nurlan adlı şəxslə FHN-də uyğun bir iş təşkil edəcəyini söz verdiyinə və bunun üçün lazım olan vəsaiti – 15 mart 2023-cü ildə mən bu adama Bakı şəhərinə gəlib 8 saylı notariat ofisində 6 ay müddətinə geri qaytarılmaq şərtilə 14000 manat pul vermişəm. ( sənəd əlavə edilir.)
Lakin necə oldusa bu adam guya bu iş üçün məndən borc alıb verdiyi şəxsin işi düzəltmədiyi ortalığa çıxır. Mən məcbur olub Ş. Ağayevin mənə qarşı dələduzluq etdiyini anlayıb 2024-cü ildə onun qeydiyyatda olduğu Neftçala rayon Məhkəməsinə borcun qaytarılmasına” dair iddia ərizəsi verdim. Neftçala rayon Məhkəməsinin L-2(053)-975/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən Ağayev Şəhriyar Valeh oğlundan borca görə 14335 manat alınaraq mənə verilməsi qət edilmişdir. Və qətnamə qanuni qüvvəyə mindikdən sonra həll edilməsi üçün Şirvan İcra Şöbəsinə göndərilmişdi.
Lakin bu şöbənin rəisi Cabir Məmmədovun mənə yazdığı 07.07.2025-ci il tarixli cavab məktubundan aydın olur ki, bizdən əvvəl Ş.Ağayevin digər şəxsə- İsmayılov Nəsir Əlirza oğluna da 3025 manat borcu olduğuna görə 20 avqust 2024-cü il tarixli Neftçala rayon notariat ofisinin borcun tutulması barədə məktubu olduğuna görə ilk olaraq növbəlilik əsasında tulmalar həyata keçirilməsi qeyd edilir. Bizə o da məlum olmuşdur ki, Ş.Ağayev işlədiyi hərbi hissədə digər bir leytenant iş yoldaşına da borc müqaviləsi əsasında etimadından süi-istifadə edərək hansısa iş görmək vədilə aldığı külli miqdarda pulu da qaytarmadığından iş yoldaşı yerli prokurorluğa ( Kəlbəgər rayonu üzrə) müraciət etmişdir. Və onun barəsində araşdırma başlanmış, açılmış cinayət işi məhkəməyə göndərilmişdir. Hazırda Şəhriyar AR CM-nin 178.2.4 maddəsi üzrə təqsirli bilinərək məhkum edilmişdir.
Neftçala rayonun Aşağı Surra kənd sakini olmuş Ağayev Şəhriyar Valeh oğlu və onun FHN-nin əməkdaşı olmuş dostu, Salyan rayonun Çuxanlı kəndindən olan Nurlan tərəfindən oğluma FHN-də iş düzəltmək adı altında məndən aldıqları 14000 ( on dörd min) manat pulum hələ də qaytarılmamışdır. Belə ki, biz dəfələrlə Şəhriyarla bu işi 14000 manat müqabilində görən şəxsin kimliyi barədə soruşduqda bildirmişdir ki, dostu Nurlan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisi olmuş general Hikmət Abbasovla çox yaxın münasibətləri vardır. Və məsələ onun əlilə həll ediləcəkdir. O bizə yazdığı votsap yazışmasında qeyd etmişdir ki, Sizin verdiyiniz pul Nurlandadır. Digər yazışmada Nurlan bir daha qeyd edir ki, “əgər bu adam ( Nurlan nəzərdə tutur) işi alınmasa 2 min də pulunuzun üstünə qoyub qaytaracağıq.
Lakin az keçməmiş, yəni, 12 avqust 2023-cü ildə Şəhriyarla növbəti söhbətimiz zamanı məlum olur ki, Nurlanın dostu olan FHN-nin generalı Hikmət Abbasov vəsifəsindən azad edilmişdir.
Biz bu vəziyyətdə Şəhriyarı Bakıda “20 Yanvar “ tərəfdə yerləşən “Göynüklülər” kafesinə dəvət etdik. Qeyd etdik ki, pulu alıb işi görə Nurlanı da dəvət et və bizə izah etsin ki, iş niyə düzəlməyib? Razılaşdı. Mənim qohumlarım Şəhriyar və Nurlanla görüşüb məsləni geniş müzakitrə etmişlər. Nurlan görüş zamanı yenə vəd vermişdir ki, bəs FHN-də bir az qarışıqlıqdır. Amma siz narahat olmayın işlər tezliklə düzələcəkdir. Biz Şəhriyara öz iradımızı bildirəndə bizə köməklik məqsədilə bildirdi ki, pulunuzu Nurlana vermişəm və onun hazırda Salyan rayonu, Çuxanlı kəndində yaşayan atası ilə gedib yerində danışın ki, Nurlan pulunuzu qaytarsın. O bizə Nurlanın atasının da telefon nömrəsini verdi.
Budur, Şəhriyar bizi kimi başqa şəxslərə qarşı da dəlduzluq əməli törətdiyinə görə həbsə atılmışdır. İndi qalıb Nurlan. 1 ay əvvəl ona zəng edib bildirdik ki, bəs siz oğlumun FHN-də işə düzəltmək adı altında dostunuz Şəhriyar vasitəsilə aldığınız pulu nə qaytarmadınız, nə də işi düzəlmədiniz. Nurlan əvvəlcə özünü guya bizi xatırlamırmış kimi danışdı. Və qeyd etdi ki, bəli Şəhriyarla bizim aramızda pul söhbəti olub, amma siz dediyiniz məbləğdə deyil. Və bu tam başqa məsələdir.
Iki gün öncə yəni, cari ilin 12 dekabrında yenə Nurlana zəng edib şikayət verəcəyimi bildirdim. Qeyd etdi ki, mən azad edilmiş rayonlarda hazırda işləyirəm. Bakıya isə yeni il tətilində -yanvarda gələcəyəm. O zaman görüşüb məsələni müzakirə edərik. Amma biz inanmırıq ki, dələduz Nurlan ortalığa çıxıb bizimlə görüşsün.
Cənab Prezident, cənab Baş Prokuror Kamran Əliyev Sizlərdən xahiş edirəm ki, mənə və digərlərinə qarşı hərbi qulluqçu olmuş Ş.V.Ağayevin özünü FHN-nin əməkdaşı kimi təqdim edən Salayan rayonun Çuxanlı kəndidndən olan Nurlan adlı şəxslərin etibarımızdan süi-istifadə edərək bizə qarşı törətdiyi dələduzluq əməllərinin araşdırılaraq hüquqi qiymət verilməsinə, araşdırmalara başlanmasına və mənə dəymiş ziyanın ödənilməsinə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümü bildirirəm.
Qoşma: 15.03.2023-cü il tarixli, Kredit müqaviləsi, məhkəmə qərarı, 07.07.2025-ci il tarixli Şirvan İcra Şöbəsinin cavab məktubu, votsap yazışmaları və Nurlan və Şəhriyarla olan müzakirənin səs yazıları.
Aktualinfo.net
Məqaləyə dair fotomateriallar:

Xəbəri paylaş



























