Xəbər verdiyimiz kimi, son günlər Azərbaycan Yazıçılar Birliyində heç vaxt görülməmiş hadisələr baş verir. Belə ki, qurultayda yaradılmış və yazıçı-şair Sayman Aruzun yekdilliklə sədri seçilmiş komissiya yenidən "formalaşdı", sədri xalq şairi Sabir Rüstəmxanlı, müavini isə şair Həmid Herisçi təyin edildi. Xalq yazıçısı Anarın sədrlik etdiyi iclasın ümumi səsyazması öncə sosial şəbəkələrdə paylaşılsa da sonradan silindi. Bu gün Həmid Herisçinin İranda yaşayan şairlər ilə söhbətnin videosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər birmənalı şəkildə yazır ki, bu video-materialın arxasında böyük qərəz və dəyərlərə zidd məqsədlər yata bilər. Qeyd edək ki, şair Həmid Herisçinin İrana axırıncı səfərindən sonra arxasında nələrin baş verdiyini bilmədiyimiz bu hadisələr daha da sürətlənməyə başlayıb. "Azərbaycan Reallığı"sözügedən videonu təqdim edir:
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

25-12-2025, 13:22 

























