Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
15-01-2026, 11:52
Əyalətmedia.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı söhbətlərə tam aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb:
"Məndən bir cümlə alıb yüz yerə yozurlar. Heç nə danışmaq istəmirəm, siz düz yazsanız da, başqaları cümlələri götürüb dəyişirlər. Başım sakit yaşayıram. Nə deyirlər, bilmirəm. Mən öz işimi davam etdirirəm. Harada işləyəcəyimi də özüm bilərəm", - deyə M.Mərdanov bildirib.
Bakı Dövlət Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, iddialar tamamilə yanlışdır, belə təyinat gözlənilmir:
"2022-ci ildən Hesablama riyaziyyatı və riyazi modelləşdirmə kafedrasının müdiri vəzifəsinə professor Vaqif İbrahimov rəhbərlik edir.
Professor Misir Mərdanov isə uzun müddətdir ki, Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır".
Xəbəri paylaş



























