“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 14:31

Maraqlıdır, bu ödənişlər nə dərəcədə qanunidir?
Əyalətmedia.az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, hazırkı qanunvericilikdə “JEK” anlayışı ümumiyyətlə mövcud deyil.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 139-cu maddəsinə əsasən, kommunal xidmətlərinə görə ödənişlər yalnız qanunvericiliklə müəyyən edilmiş tariflər əsasında və həmin xidməti göstərən qurumla rəsmi müqavilə bağlandığı halda tələb oluna bilər.
Bəs, vətəndaşın JEK-lə müqaviləsi yoxdursa?Əgər mənzil sahibi JEK, yəni dövlətə mənzil istismarı və təmir tikinti təşkilatları ilə heç bir müqavilə bağlamayıbsa, həmin qurum ona xidmət göstərə bilməz. Eyni zamanda ödəniş tələb etmək hüququna da malik deyil.
Xəbəri paylaş



























