69 yaşlı məmurun ölkədən çıxışına "stop" qoyula bilər

 
4-02-2026, 18:46           
Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyinin strukturuna daxil olan “Temp” Dövlət Müəssisəsinin rəisi Əliyev Cilovxan Mansur oğlu barəsində məhkəməyə müraciət olunub.
Əyalətmedia.az qaynarinfo-ya istinadən xəbər verir ki, müraciət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən edilib.
Buna səbəb “Temp” Dövlət Müəssisəsinin 766471.69 manat vergi borcunun olmasıdır. Məhkəmədə 1957-ci il təvəllüdlü Cilovxan Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulması tələb edilir.
Qeyd edək ki, əslən İsmayıllı rayonunun Basqal qəsəbəsindən olan Cilovxan Əliyev 2013-cü ildən sözügedən qurumun rəisi vəzifəsində çalışır.



Xəbəri paylaş


 
 


Xəbər lenti