Baku Electronics mağazalar şəbəkəsindən 8 ay əvvəl alınmış kombinin bu günə qədər normal işləmədiyi bildirilir. Məhsulun nə isti su təminatında, nə də qış mövsümündə mənzilin qızdırılmasında gözlənilən nəticəni vermədiyi iddia olunur.“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə tanınmış teleaparıcı Amil Xəlil özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, satış zamanı “qızıl zəmanət” adı ilə yüksək səviyyədə təqdim edilən məhsul istifadədə ciddi problemlər yaradıb.Müştəri qeyd edir ki, kombi quraşdırıldığı gündən etibarən demək olar ki, düzgün işləməyib. Hər həftə servis əməkdaşlarının gəldiyini bildirən Amil Xəlil onların problemi açıq şəkildə qəbul etdiyini, lakin qalıcı həll təqdim etmədiklərini vurğulayıb:“Usta gəlir, problemi təsdiqləyir, kombinin bir detalını çıxarıb baxır və gedir. Amma nəticə dəyişmir. Kombi düzəlmir, əksinə, sanki hissə-hissə sökülür.”Şikayətdə servis xidmətinin fəaliyyətindən də narazılıq ifadə olunub. Bildirilir ki, zənglərə vaxtında cavab verilmir, ustalar təyin olunan vaxtda gəlmirlər və təqdim olunan xidmət problemin aradan qaldırılmasına səbəb olmur.Amil Xəlil satış zamanı nümayiş etdirilən münasibətlə satışdan sonrakı xidmət arasında ciddi fərq olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, məhsul təqdim edilərkən yüksək məsuliyyət və zəmanət vədləri verilsə də, sonrakı mərhələdə bu yanaşmadan əsər-əlamət qalmayıb.Teleaparıcı məsələ ilə bağlı qurumun mətbuat xidmətinə də müraciət etdiyini, lakin üç gündür cavab ala bilmədiyini bildirib. Ona bildirilib ki, məsul şəxslər istirahətdə olduqları üçün müraciətlər cavabsız qalıb.Şikayətçi hesab edir ki, problem həm məhsulun özündə, həm də satış sonrası xidmətdədir:“Servis problemi qəbul edir, amma həll etmir. Müştəri aylardır eyni əziyyəti çəkir. ‘Qızıl zəmanət’ anlayışı bu cür məsuliyyətsiz yanaşma üçün istifadə olunmamalıdır.”Hazırda sual açıq qalır: satış sonrası xidmətlə bağlı yaranan bu cür narazılıqlar qarşısında vətəndaş hansı addımı atmalıdır? Müştəri hər gün telefon zəngləri və gözləntilərlə üz-üzə qalmalıdırmı?
“Tanınmış teleaparıcı Amil Xəlildən Baku Electronics-ə sərt ittiham”
5-02-2026, 10:35

Xəbəri paylaş