Bakı sakini Hafiz Mövsümov bildirirki, ailəsi külli miqdarda maliyyə vəsaitinin qanunsuz mərc və pul dövriyyəsi sxemi ilə ələ keçirilməsi nəticəsində zərər çəkib. Onun sözlərinə görə, ümumilikdə 265 min manat pul müxtəlif şəxslərin bank kartları və elektron pul kisələri vasitəsilə dövriyyədən çıxarılıb."Azərbaycan Reallığı" xəbər verir ki, Şikayətçinin bildirdiyinə əsasən, özünü etibarlı şəxs kimi təqdim edən və Mərkəzi Bankın mühafizə xidmətində çalışan Fərid Məmmədov əvvəlcə borc alıb qaytarmaqla etimad qazanıb, daha sonra isə zərərçəkənin oğluna heç bir ziyanı olmayacağı barədə vəd verərək “mərc oyunlarından gəlir əldə etmək” adı ilə pul köçürməyə razı salıb. Nəticədə vəsaitlər 60-dan çox Kapital Bank kartına və 2 M10 elektron pul kisəsinə 265000 manat göndərilib.Hafiz Mövsümov bildirir ki, faktla bağlı 11 fevral 2025-ci ildə cinayət işi başlanıb, lakin aradan uzun müddət keçməsinə baxmayaraq, istintaqın real nəticəsi yoxdur. Onun sözlərinə görə, pul köçürülən kart sahibləri və M10 hesab sahibləri dindirilməyib, oğlu isə hələ də rəsmi zərərçəkmiş şəxs kimi tanınmayıb.İddialara görə, işdə adı keçən digər şəxslər Şəki rayon sakini Anar və Bərdə rayon sakini Pərviz (“Paşa”) olub. Onlar qeyri qanuni onlayn kazino tipli platformalar idarə edirlər. Həmçinin iddia olunur ki, bu şəxslər Yeni Yasamal ərazisində yerləşən “Bizim Məkan” adlı çay evində toplaşaraq qeyri-qanuni mərc fəaliyyəti ilə məşğul olurlar.Şikayətçi əlavə edib ki, təqsirləndirilən şəxs barəsində axtarış olduğu dövrdə onun oğluna təzyiq göstərildiyi barədə polisə izahat verilsə də, bu epizod üzrə ayrıca hüquqi tədbir görülməyib.Hafiz Mövsümov məsələ ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, eləcə də digər aidiyyəti dövlət qurumlarına müraciət etdiyini bildirir. O qeyd edir ki, bu günə qədər verilən cavablar formal xarakterlidir və işin obyektiv araşdırılmasını tələb edir. Fərid Məmmədovun dediklərinə görə sözügedən şəxslərin “arxasında” məhkəmə-hüquq sistemindən və hüquq-mühafizə orqanlarından nüfuzlu şəxslər dayanır, onları himayə edir.. Belə "himayəçilərin" arasında vəkil Rüfət Mirzəliyev,in, onun qardaşı Sabunçu Rayon Məhkəməsinin hakimi Ruslan Mirzəliyevin, eləcə də atası Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyevin adı çəkilir.Vətəndaş istintaqın nəzarətə götürülməsini və 265 min manat maddi zərərin geri qaytarılması üçün tədbirlər görülməsini xahiş edir.Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq
“Qumarbazların qurbanı olan vətəndaş ölkə prezidentindən və baş prokurordan yardım istədi” - VİDEO
10-02-2026, 14:40

Xəbəri paylaş