Bakıda ASKEF-in 10 illik yubileyi münasibəti ilə tədbir keçirilib
16-02-2026, 16:37
14 fevralda ASKEF ailəsinin Azərbaycandan olan üzvlərinin bir qrupu Federasiyanın 10 illik yubileyini qeyd etmək üçün “Essam Deluxe” otelinə toplaşmışdır. ASKEF-in Azərbaycan və Orta Asiya üzrə başqanı Sona xanım İsmayılova tədbirə toplaşan müəllimlər, yazarlar, şairlər, alimlər, ehtiyatda olan zabitlər, həkimlər, elm adamları, iş adamları və s.iştirakçıları salamldaı və tədbir Azərbaycan Respublikasının Himnin səsləndirilməsi ilə başlandı. Sonra iştirakçılar Azərbaycan Respublikasının azadlığı uğurunda canlarından keçərək şəhid olanların ruhunu bir dəqiqəlik sükutla yad etdilər.Sona xanım İsmayılova çıxış edərək bildirdi ki, ASKEF-in mərkəzi ofisi Antalya şəhərində yerləşir. Federasiyanın başında duran, təşkilatı uğurla idarə edən və inkişaf etdirən Genel Başkanı hörmətli Savaş Ünaldır. Onun rəhbərliyi ilə ASKEF bu gün yalnız Türkiyədə deyil, bütün Türk dünyasında tanınan və nüfuz qazanan böyük bir beynəlxalq təşkilata çevrilmişdir.
Qeyd edildi ki, ASKEF-in əsas məqsədi Türk dünyasının birliyinə xidmət etmək, ortaq dilimizi, tariximizi, milli mətbəximizi, ədəbiyyatımızı və mədəniyyətimizi yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Federasiya hər konfrans və tədbirdə müxtəlif ölkələrdən olan türkdilli ziyalıları bir araya gətirərək ortaq dəyərlər ətrafında birləşdirir. Türkyə, Azərbaycan, Özbəkistan, Qazaxstan, Qırğızstan, Türkmənistan, Cənubi Azərbaycan, Balkanlar, Türkməneli, Doğu Türküstan, Fransa, Danimarka, İsvec, Bolqarıstan, ABŞ, Gürcüstan və digər ölkələrdən gələn müəllimlər, yazarlar, alimlər, rəssamlar, həkimlər, bilim aramları, iş adamları və.s. ASKEF-in təşkil etdiyi bütün tədbirlərə qatılırlar. ASKEF 10 il ərzində uzun yol qət edərək Türk dünyasının mənəvi birliyinə xidmət edən mühüm mərkəzə çevrilmişdir. Bu birlik sadəcə coğrafi deyil, ortaq mədəni və mənəvi bağların möhkəmləndirilməsidir.
Tədbirdə iştirak edən bir qrup ASKEF Azərbaycan üzvlərinə “Türk dünyası başarı ödülü” medalı ilə təltif olundu. Medal və təşəkkürnamələri iştirakçılara Sona xanım İsmayılova, ASKEF Qərbi Azərbaycan təmsilçisi, Əli Vəliyev, ASKEF Qərbi Azərbaycan mətbuat katibi Vüqar Abduyev təqdim etdilər.
Çıxış edənlərin hamısı ASKEF ailəsində olduqları üçün qürur duyduqlarını, ASKEF-in gəlcəkdə də Türk dünyasında, Turanda önəmli yer tutacağını fəxrlə qeyd etdilər. ASKEF-in 10 illik fəaliyyəti, Türk dünyasının mənəvi birliyi və gələcək layihələr geniş müzakirə olundu. ASKEF-in Genel Başkanı Savaş Unala, onun köməkçisi Qönçə xanın Aydemirə, Başkan yardımcısı Nilgün xanım Seçenə, Mustafa Seçenə ASKEF-in inkişafına və genişlənməsinə görə dərin münnətdarlıqlarını bildirdilər. Tədbirin yüksək səviyyədə təşkilinə görə “Essam Deluxe” otel rəhbərliyinə və kollektivinə xüsusi təşəkkür bildirildi. Eyni zamanda, tədbirin təşkilində əməyi keçən bütün təşkilatçılara və dəstək göstərən dəyərli ziyalılara minnətdarlıq bildirildi.
Qeyd edildi ki, ASKEF-in növbəti böyük tədbiri 23-27 mart 2026-cı il tarixində Türkiyənin Afyon şəhərində “41-ci Uluslararası Türk Dünyası Kultur və Senet Şöleni” keçiriləcək. 23 martda Türk dünyasının söz ustadı Dədə Ələsgərin anadan olmnasının 205 illiyi və eyni zamanda vəfatının 100-cü ildönümü qeyd olunacaq. Bu mötəbər tədbirə Bakıdan 15 nəfər ziyalımızın qatılması planlaşdırılır.
Yazıçılar və şairlər öz kitablarını iştirakçılara bağışladılar. Sona xanım İsmayılova tədbirin təşkilinə görə Əli Vəliyev və Vüqar Abduyevə kitablar hədiyyə etdi. İştirakçıların xahişi ilə ASKEF Azərbaycan başqanının müşaviri, AYB-nin üzvü Samir Abdullayev canlı mahnılar oxudu. ASKEF Neftçala təmsilçisi Gülqədəm Mirzəzadə hazırlatdığı ASKEF-10 tortunu gətirdi və tort kəsildi. Sonda xatirə şəkilləri çəkildi.
Əli Vəliyev
ASKEF Qərbi Azərbaycan təmsilçisi
Xəbəri paylaş



























