Şeyxin qızının iddiası kəskin etiraz doğurdu - hakim ona vəkillik edib
19-02-2026, 17:13

“Baxın, iş üzrə çıxarılan qərardaddan şikayət vermək hüququm var. Amma Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva çıxardığı qanunsuz qərardadın sonuna “Qərardaddan şikayət verilə bilməz” yazıb. Hesab edirəm ki, bununla artıq iş üzrə marağı olan şəxs statusunu göstərib. Ləman Musayeva hakimlik yox, faktiki olaraq Xatirə Salahzadəyə vəkillik edib”.
Bu sözləri Musavat.com-a Azərbaycan vətəndaşı Seymur Quliyev bildirib.
Onun sözlərinə görə, Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva 15 yanvar 2026-cı il tarixli qərardadla 2 saylı İnzibati Məhkəmənin 11 noyabr 2015-ci il tarixli qərarını ləğv edib və işin mahiyyəti üzrə baxılmasını bərpa edib. Qərardadda əsas kimi 11 il əvvəl başa çatmış prosesdə Xatirə Salahzadənin üçüncü şəxs qismində cəlb edilməməsi göstərilib.
2004-cü ildə alınan torpaq, 2012-cü ildə başlayan mübahisə
Seymur Quliyev bildirir ki, mübahisə predmeti Bakının Bilgəh qəsəbəsində, Kardioloji Sanatoriya ilə sərhəddə yerləşən 20 sot torpaq sahəsidir. O, torpağı 2004-cü ilin may ayında alqı-satqı müqaviləsi əsasında aldığını və ərazidə iki və üçmərtəbəli yaşayış evləri inşa etdirdiyini deyir.
Onun sözlərinə görə, 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazini “İnşaat Servisez” MMC-yə ayırarkən onun və qonşusu Nurid Əliyevin torpaq sahələrinin həmin əraziyə düşdüyünü nəzərə almayıb. Bu sərəncam məhkəmə qaydasında mübahisələndirilib.
Seymur Quliyev bildirir ki, məhkəmə çəkişməsi davam etdiyi vaxtda “İnşaat Servisez” MMC-yə çıxarış verilib və əmlak sonradan üçüncü şəxs kimi göstərilən Xatirə Salahzadəyə satılıb. Daha sonra məhkəmə onun iddiasını təmin edib və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ləğv olunub. İnzibati-İqtisadi Məhkəmə sərəncamın qanunsuzluğunu təsdiqləyib, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.
Quliyevin sözlərinə görə, belə olan halda, zəncirvari alqı-satqı müqavilələri də hüquqi qüvvəsini itirib:
“İş üzrə 11 il əvvəl çıxarılmış qətnamə və qərarları hakimə təqdim etsək də, heç biri nəzərə alınmadı və tamamilə qanunsuz qərardad çıxarıldı”.
Şeyxin qızı ilə illərdir davam edən çəkişmə
Seymur Quliyevlə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin qızı Xatirə Salahzadə arasında məhkəmə çəkişməsi illərdir ictimaiyyətin diqqət mərkəzindədir.
Xatirə Salahzadə keçmiş deputat Hacı Qalib Salahzadənin gəlini, sabiq deputat Əliabbas Salahzadənin həyat yoldaşıdır.
Quliyev bildirir ki, qarşı tərəfin iddialarına Sabunçu Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılıb və təmin edilməyib. 2014-cü ildə Xatirə Salahzadə Konstitusiya Məhkəməsinə müraciət etsə də, 2015-ci ildə şikayəti təmin olunmayıb.
Onun sözlərinə görə, məhkəmə çəkişmələri dövründə qanuni mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi evlər Xatirə Salahzadənin qayınatası Hacı Qalib Salahzadə tərəfindən sökülüb:
“Bu gün də qanunla mənə məxsus olan torpaq sahəsinə faktiki daxil ola bilmirəm. Əraziyə yaxınlaşanda daş-qalaq edilirəm, müxtəlif maneələrlə üzləşirəm”.
“Yeni açılmış hal” iddiası
2025-ci ildə Xatirə Salahzadə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bilgəh qəsəbə nümayəndəliyinin 1994-cü ildə torpaqayırma sənədi verməsinin qanunsuz olduğunu iddia edib. Hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Seymur Quliyev bildirib ki, eyni tələblə 2013-cü ildə 2 saylı İnzibati Məhkəməyə müraciət olunub və həmin iddia təmin edilməyib. Onun təqdim etdiyi məhkəmə qərarından sonra iddia geri götürülüb.
2025-ci ilin oktyabrında isə Xatirə Salahzadə geri götürülmüş iddianı “yeni açılmış hal” kimi Ali Məhkəməyə təqdim edib. 2025-ci ilin dekabrında Ali Məhkəmədə hakim Əhliman Xıdırovun sədrliyi ilə baxılan müraciət üzrə iddianın qəbuledilməzliyi barədə qərardad çıxarılıb. İş materiallarına əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 avqust 2014-cü il tarixli qərarı ilə “İnşaat Servisez” MMC-yə verilmiş dövlət reyestrindən çıxarışın bir hissəsi ləğv edilib və torpaq sahəsinin Seymur Quliyev və Nurid Əliyevin mülkiyyətində olan yaşayış evlərinin həyətyanı sahələrinə aid olduğu müəyyən edilib. Həmin iş üzrə üçüncü şəxs qismində iştirak edən Xatirə Salahzadənin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarı ilə təmin edilməyib və qərar qanuni qüvvəyə minib. Qeyd olunur ki, Xatirə Salahzadəyə məxsus həmin əraziyə dair çıxarış da 2014-cü ildə Ali Məhkəmənin qərarı ilə ləğv edilib.
2026-cı ilin mübahisəli qərardadı
Buna baxmayaraq, 2026-cı ilin yanvarında Xatirə Salahzadə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edib. O iddia edib ki, Seymur Quliyev 2015-ci ildə torpağa mülkiyyət hüququ əldə edərkən onun 20 sot torpaq sahəsinə dair çıxarışı mövcud olub. Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva 15 yanvar 2026-cı il tarixli qərardadla 2 saylı İnzibati Məhkəmənin 15 noyabr 2015-ci il tarixli qərarını ləğv edib və işin mahiyyəti üzrə baxılmasını bərpa edib. Qərardadda əsas kimi Xatirə Salahzadənin əvvəlki prosesdə üçüncü şəxs qismində cəlb edilməməsi göstərilib.
Seymur Quliyev isə hesab edir ki, 11 il əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktlarının bu şəkildə yenidən müzakirəyə çıxarılması hüquqi sabitlik prinsipinə ziddir və onun mülkiyyət hüququnun pozulması deməkdir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
E.Məmmədəliyev,
Musavat.com

Xəbəri paylaş