"İstanbul NS" klinikası 20 min manat cərimələndi
23-02-2026, 13:45
"İstanbul NS" klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib.Bu səbəbdən klinika İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqda ittiham olunub. Həmin maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlbini qadağan edir.
Qərara əsasən, "İstanbul NS" klinikası 20 min manat məbləğində cərimə olunub.
Xəbəri paylaş



























