Erməni mediasından Azərbaycana BÖHTAN: “41-45” nağılı

 
24-02-2026, 15:24           
Erməni mətbuatı Azərbaycana növbəti böhtan atıb. Musavat.com xəbər verir ki, Nyus.am Bakının “artsaxın erməni mədəni və tarixi irsini məhv etmək”də ittiham edib.
Sayt yazıb ki, guya Ağdərədə ikinci dünya müharibəsi (1941–1945) və “artsax azadlıq müharibəsi qəhrəmanları”nın xatirəsinə həsr olunmuş abidə “dağıdılıb”. Bu barədə Qarabağdan getmiş Artak Mkrtçyan məlumat paylaşıb. Üstəlik, erməni toponimi ilə Ağdərəni “Martuni” adlandırıb.
“Bu abidə 7 may 2007-ci ildə müxtəlif nəsillərin qəhrəmanlarının xatirəsini birləşdirən bir simvol olaraq açılıb. Bu gün isə artıq orada yoxdur”, - deyə erməni separatçı deyib.
Qeyd edək ki, belə bir abidənin sökülməsi haqda məlumat verilməyib. Hətta sökülmüş olsa belə, heç bir tarixi, mədəni və dini əhəmiyyət kəsb etmir. Çünki işğal dövründə qoyulub.
İşğalçı və terrorçu ordunun tərkibində Azərbaycan ərazilərinin qəsb edilməsində iştirak etmiş erməni hərbçilərini “artsax azadlıq müharibəsi qəhrəmanları” adlandırmaq və onlara aid hansısa “abidə”ni saxlamaq kimi bir borcumuz yoxdur. Sadəcə, erməni media resursları Azərbaycan əleyhinə kampaniya aparmaqla beynəlxalq diqqəti cəlb etməyə çalışır. Halbuki Qarabağda ermənilərə aid heç bir tarixi nümunə yoxdur.
Xatırladaq ki, ermənilər işğal olunan ərazilərdə 400-dən çox tarixi-mədəni abidələrin yarısını “erməniləşdiriblər”, qalanlarını məhv ediblər. Dağıdılması mümkün olmayan abidələr isə baxımsızlıqdan yararsız hala düşüb. Bunlardan qədim Şuşa şəhərinin əsas rəmzlərindən hesab edilən Yuxarı Gövhər ağa məscidi və Şuşa qalası, Laçın rayonunun Kosalar kəndində yerləşən Ağoğlan məbədi, 40-a yaxın qoç heykəlləri, Kəlbəcər rayonunda Qırmızı monastır adlı alban məbədgahı, 11 məbəd, 5 qala, məşhur Gəncəsər monastırı, 3 məscid, 17 məbəd, 5 ziyarətgah, Qubadlı rayonunda 2 mağara, 8 məscid, 7 türbə, 2 məbəd, 2 İmamzadə, 10 ocaq-pir, 6 qala məhv edilib və ya erməniləşdirilib. Həmçinin Xocavənd, Xankəndi, Əsgəran, Xocalı, Füzuli və Cəbrayıl rayonlarında çoxlu sayda abidələr erməni terroruna məruz qalıb.

Musavat.com



Xəbəri paylaş


 
 


Xəbər lenti