"İmtahanda ixtisaslara uyğun olmayan suallar verilir" - Doktorantlardan ŞİKAYƏT - VİDEO

 
25-02-2026, 10:48           
“Xarici dil minimum” imtahanı çətin olduğundan dəfələrlə imtahandan kəsilirlər. Hətta elə şəxslər var ki, 8-9 dəfə eyni imtahandan “üzü ağ” çıxmağı bacarmayıblar. Nəticədə elmi işlərini müdafiə edə bilmirlər.
Əyalətmedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu problemlə doktorant səviyyəsində təhsil alan bir qrup şəxs üzləşib.
Onlar iddia edirlər ki, hətta imtahanda onların ixtisaslarına uyğun olmayan suallar da verilir.
Məsələ ilə bağlı Ali Attestasiya Komissiyasına sorğu ünvanlanıb. Lakin iş gününün sonuna qədər sorğuya cavab verilməyib.








Xəbəri paylaş


 
 


Xəbər lenti