Maştağa Psixiatriya Xəstəxanasında ƏMƏLİYYAT: Elxan Əsədov saxlanıldı - TƏFƏRRÜAT
27-02-2026, 11:25
1 saylı Maştağa Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.“Unikal”ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkimininin müavini – hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb.
Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilmişdi. Onu da qeyd edək ki, 1 saylı Maştağa Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.
Facebook-da paylaş
Xəbəri paylaş



























