"Azrişıq"da özbaşınalıq, “10 manat ödə, 6 manatı itir – Azərişıq nə oyun çıxarır?” - FOTO - VİDEO

 
3-04-2026, 10:40           
Fatmayı qəsəbəsində yaşayan vətəndaş Gülxar Məşədiyevin “Azərişıq”la bağlı iddiaları növbəti narazılıq dalğasının xəbərçisi kimi görünür. Redaksiyamıza müraciət edən abonentin sözlərinə görə, balansında mövcud olan 10.17 AZN üzərinə əlavə etdiyi 10 AZN-dən sonra heç bir aydın izahat verilmədən 6 AZN vəsait silinib və nəticədə balans 14.17 AZN təşkil edib.Bu sual açıq qalır: vətəndaşın cibindən çıxan həmin 6 manat hara gedib? Ən narahatedici məqam isə məhz şəffaflığın olmamasıdır. Əgər bu məbləğ borc qalığı, texniki xidmət haqqı və ya digər ödənişlərlə bağlıdırsa, niyə vətəndaşa əvvəlcədən məlumat verilmir? Niyə abonent yalnız balansına balansını artıran zaman “sürpriz çıxarış”la üz-üzə qalır? Bu, tək bir vətəndaşın problemi deyil. Son dövrlər “Azərişıq”la bağlı oxşar şikayətlərin artması ciddi suallar doğurur:Abonentlərin balansından hansı əsaslarla vəsait silinir,bu proseslər niyə tam şəffaf şəkildə izah olunmur,vətəndaşın ödədiyi hər qəpiyin hesabatı haradadır? Amma belə hallar göstərir ki,“Azərişıq” bəzi hallarda vətəndaşın cibinə izahsız “əl atılır”. Məsələ ilə bağlı “Azərişıq”ın rəsmi mövqeyi hələ ki, açıqlanmayıb. Lakin bir fakt dəyişmir: vətəndaş izah istəyir. Əgər bu gün 6 manatın taleyi qaranlıq qalırsa, sabah daha böyük məbləğlərin necə “əriməyəcəyinə” kim zəmanət verə bilər? Mövzunu diqqətdə saxlayacağıq. Və sualımız açıqdır: bu, texniki səhvdir, yoxsa sistemli problem?

Nisa Şirvanlı

Nyus.Az

 







Xəbəri paylaş


 
 


Xəbər lenti