Səhiyyə sisteminə ayrılan büdcə pulları... DAHA ÇOX YEMƏK ÜÇÜNDÜR... - ən vacib Profilaktikadır, yoxsa Müalicə?

 
8-04-2026, 15:31           
"Əvvəllər ali tibbi təhsildə ən nüfuzlu,ən populyar fakültə müalicə -profilaktika fakültəsi idi. Sahə həkimləri üçün ən başlıca məqsəd həm evdə, həm də poliklinakada sağlam həyat tərzi üçün sanitariya maarifləndirmə işləri min, profilaktik tədbirlərin (baxış) aparılması idi..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən tanınmış tibb işçisi Faiq Məmmədli olduqca ilginc məqamlara toxunub.
O daha sonra fikrini belə davam etdirir: "Bunun üçün sahə terapevt və pediatrlarına,həm də sahə tibb bacılarına əlavə olaraq 30 faiz artıq əməkhaqqı da verilirdi.
İndi adıçəkilən fakültə olub müalicə işi,sahə həkimi də olub ailə həkimi.
Dünya xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını əsasən Profilaktik Təbabət Elmi ilə ala bilir, ölkəmizdə belə bir Elmı -Tədqiqat İnstitutu da mövcuddur.
Profilaktik Təbabət Elmi xəstəliklərin baş verməməsi və erkən aşkar edilməsi ilə məşğul olur.
Səhiyyədə Profilaktika təkcə tibbi müayinələr və xəstəliklərin qarşısının alınması deyil, həm də iqtisadiyyatın inkişafı və büdcənin rasional xərclənməsi deməkdir.
Dünyada O ölkələr səhiyyədə daha çox uğur qazanır ki, onlar həm səhiyyəyə daha çox vəsait ayırır, həm də profilaktik xərcləriə üstünlük verirlər.
Deyilənə görə, bizim səhiyyə büdcəsində müalicə işlərinə profilaktikadan 2-3 dəfə çox vəsait xərclənir.
Bir də ki, Profilaktik Təbabət hara, Sığorta ilə məşğul olan İTS Agentliyi və TƏBİB hara!?
Onlara xəstəliklərin çox olması lazım ki, ayrılan vəsaiti daha çox həzmə ötürə bilsinlər.
Vaksinlər, sağlam həyat tərzi, qidalanma, ekoloji tarazlıq elə Profilaktik Təbabətin anası sayılır.
Onu da bilin ki,insan sağlamlığı yalnız 25 faiz səhiyyədən asılıdır, indi ən vacib Profilaktikadır, yoxsa Müalicə???"







Xəbəri paylaş


 
 


Xəbər lenti