Aydın Dəmirovun 2,8 milyonluq əmlakı müsadirə olundu

 
10-04-2026, 13:21           


Bakının Keşlə qəsəbəsində yerləşən 2,8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.
Əyalətmedia.az teleqraf-a istinadən xəbər verir ki, 1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur.
Şirkətin rəsmi saytına əsasən, qurumun baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlanılsa da, qeyd olunan nömrəyə zəng çatmayıb.
Qeyd edək ki, Aztəsərrüfat MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.
 



Xəbəri paylaş


 
 


Xəbər lenti