Aydın Dəmirovun rəhbərlik etdiyi qurumun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO
12-04-2026, 12:11
Bakının Keşlə qəsəbəsində yerləşən 2.8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.Əyalətmedia.az "Teleqraf"a istinadən xəbər verir ki, 1 603.2 kvadratmetr ərazisi olan obyekt "Aztəsərrüfat" MMC-yə məxsusdur.Şirkətin rəsmi saytına əsasən, qurumun Baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlasaq da, qeyd olunan nömrəyə zəng çatmayıb.
Qeyd edək ki, "Aztəsərrüfat" MMC 2016-cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.
Xəbəri paylaş



























