“Novxanıda qanunsuz tikinti – Hacı Məhərrəm izi”

 
Bu gün, 10:51           
Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən və “Hacı Məhərrəm” kimi tanınan Məhərrəm Novruzovun adı ilə hallanan “My Beach” restoranı ətrafında ciddi iddialar gündəmə gəlib. Sosial platformalarda yayılan görüntülər göstərir ki, dəniz kənarında aparılan tikinti işləri qanunvericiliyin tələblərini açıq şəkildə sual altına alır.Məsələ ondadır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən hər hansı tikinti fəaliyyəti müvafiq icra orqanlarının – xüsusilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin icazəsi ilə həyata keçirilməlidir. Lakin aparılan araşdırmalar zamanı sözügedən ərazidə həyata keçirilən tikinti ilə bağlı rəsmi məlumat bazalarında hər hansı qeyd aşkar olunmayıb.Ən narahatedici məqam isə tikintinin məhz dənizin mühafizə zolağında aparılması ilə bağlıdır. Qanunvericiliyə görə bu ərazilər xüsusi qorunmalı, vətəndaşların sərbəst istifadəsi üçün açıq saxlanılmalıdır. Amma faktiki vəziyyət göstərir ki, ərazi hasarlanaraq özəl biznes obyektinə çevrilir, dənizə çıxış isə məhdudlaşdırılır.Bu isə təkcə tikinti qaydalarının pozulması deyil, həm də ictimai resursların faktiki olaraq özəlləşdirilməsi anlamına gəlir. Məsələnin ən diqqətçəkən tərəfi isə budur: Hacı Məhərrəmin adı daha əvvəl də müxtəlif mübahisəli məsələlərdə çəkilib və indi yenidən bu cür ciddi iddialarla gündəmə gəlməsi suallar doğurur. Bu, artıq təkcə qanunsuz tikinti məsələsi deyil – bu, ictimai sərvətin mənimsənilməsi, vətəndaş hüquqlarının pozulması və açıq-aşkar özbaşınalıq nümunəsidir. Dəniz sahilləri heç bir şəxsin şəxsi mülkiyyəti deyil və bu cür addımlar həm ekoloji, həm də sosial baxımdan ciddi təhlükələr yaradır.Görəsən aidiyyəti qurumlar bu qanunsuzluqlardan xəbərsizdir, yoxsa xəbərdar olduqları halda susmağa üstünlük verirlər? Əgər qanun hamı üçün eynidirsə, niyə bəzi obyektlərə tətbiq olunmur?
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com

 







Xəbəri paylaş


 
 


Xəbər lenti