Tərtərçay ətrafında mühafizə işlərinə 2,4 milyon manat ayrıldı

 
Bu gün, 11:25           
“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” ilə “TNN” QSC arasında müqavilə imzalanıb.
Valyuta.az xəbər verir ki, müqavilə Tərtər rayonu ərazisində Bərdə–Tərtər magistral avtomobil yolunun və Bayraq Meydanı kompleksi ərazisinin Tərtərçay ətrafında sel və daşqın sularından mühafizəsi tədbirlərinin satın alınması ilə bağlıdır.
Müqavilənin dəyəri 2.434.486,6 manatdır.
“TNN” QSC-nin qanuni təmsilçisi Natiq Kərimov Rafiq oğludur.
Nizamnamə kapitalı 2020 manat olan şirkət 5 oktyabr 2006-cı ildən dövlət qeydiyyatına alınıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti