Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?
Bu gün, 10:28
Müəyyən hallarda yerə zibil atdıqda və ya digər qaydaları pozduğunuza görə cərimə oluna bilərsiniz. Bəzən isə cərimənin ödənişi qanunsuz olaraq yerində tələb oluna bilir.“Qanun nə deyir?” adlı rubrikanın bugünkü mövzusu cərimənin ödənişinin yerində tələb olunması ilə bağlıdır.
İnzibati Xətalar Məcəlləsinin 150.4-cü maddəsində deyilir ki, inzibati cərimə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödənilməlidir. İnzibati cərimənin ödənilməsi ilə əlaqədar məlumatlar real vaxt rejimində elektron qaydada səlahiyyətli orqanların informasiya sistemlərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə və “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə göndərilir.
Həmçinin onu da əlavə edək ki, inzibati cərimə növündə inzibati tənbehvermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq olunur./oxu.az
Xəbəri paylaş



























