Fidan Abbasovanın müdafiəsinə daha 2 vəkil qoşuldu – ANASI baş prokurora və DİN rəhbərinə müraciət etdi
Bu gün, 16:47

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən edilən şikayət əsasında saxlanılan Fidan Abbasovanın müdafiəsinə daha iki vəkil qoşulub.
Bu barədə Musavat.com-a Fidan Abbasovanın yaxınları məlumat veriblər.
Bildirilib ki, vəkillər Ceyhun Yusifov və Asim Abbasov ilə müqavilə imzalanıb.
Məlumatı Musavat.com-a vəkil Ceyhun Yusifov da təsdiqləyib. O bildirib ki, hazırda hüquqi sənədləşdirmə işləri həyata keçirilir.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi ittihamın əsassız olduğunu hesab edir:
“Fidan Abbasovanın səmərəli müdafiəsini həyata keçirmək üçün tərəfimizdən müvafiq hüquqi prosedurlar icra olunur. Hüquqi münasibətlərdə əldə edilmiş uğurun bu üsulla qarşısını almaq cəhdini yolverilməz hesab edirik”.
Fidan Abbasovanın anası Ülkər Abbasova baş prokuror Kamran Əliyev, daxili işlər naziri Vilayət Eyvazov və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovna müraciət edərək qızının işinin nəzarətə götürülməsini xahiş edib.

Musavat.com-a danışan Ülkər Abbasova Fidan Abbasovaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib və emosional çağırış edib:
“Yoldaşım Qarabağ qazisi idi. Bu dövlət, bu torpaq uğrunda ölümə getməyə hazır olan insanlardan biri olub. Bu gün o həyatda yoxdur. Əgər sağ olsaydı, yəqin ki, qızım bu qədər asanlıqla hədəfə çevrilməzdi. Mən bir ana, bir qazi ailəsinin nümayəndəsi kimi baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova səslənirəm - imkanlı şəxslərin təsiri ilə mənim qızımın taleyi üzərindən oyun qurulmasına imkan verməyin. Haqqı nahaqqa verməyin. Bu ölkədə qanun hər kəs üçün eyni olmalıdır. Mənim qızımın da hüquqları qorunmalıdır. Bir ananın fəryadını eşidin. Azərbaycan dövlətindən, ölkə rəhbərliyindən xahiş edirəm ki, bu məsələyə ədalətli yanaşılsın, iş obyektiv araşdırılsın və heç kim öz nüfuzuna, imkanına arxalanaraq bir gənc qadının həyatını məhv etməsin. Mənim qızım məhkəməyə müraciət edib və haqqını tələb edib. Bunun qarşısını almaq, onu şərləməklə həbsə aldırmaq, azadlığını tərəzinin bir gözünə qoyub onu udduğu məhkəmə işindən geri çəkilməyə məcbur etmək heç bir kişiyə yaraşmaz. Azərbaycan dövləti bu qanunsuzluğun qarşısını alsın. Bir ana kimi bunu istəyirəm”.

Musavat.com-un əldə etdiyi məlumata görə, Fidan Abbasova yaxın saatlarda Xətai Rayon Məhkəməsinə aparılacaq.
Yaxınlarının bildirdiyinə görə, o, ötən gün evinin qarşısında saxlanıldıqdan sonra Xətai Rayon Polis İdarəsinə aparılıb. İlkin məlumata əsasən, Mikayıl İsmayılov şikayətində Fidan Abbasovanın ondan hədə-qorxu yolu ilə 200 min manat aldığını iddia edib. Hazırda iş üzrə bir nəfərin Fidan Abbasovanın üzünə dayandığını, həmin şəxsin Mikayıl İsmayılovdan pul alaraq Fidan Abbasovaya verdiyini söylədiyi bildirilir.
Fidan Abbasovanın yaxınları isə onun ittihamları qəbul etmədiyini deyirlər. Onların sözlərinə görə, Fidan Abbasova bunu qızı Nil İsmayılzadənin hüquqlarının tanınması istiqamətində apardığı uzunmüddətli məhkəmə mübarizəsi və əldə etdiyi qələbə ilə əlaqələndirir.
Xatırladaq ki, Fidan Abbasova ötən gün səhər saatlarında qızını məktəbə apararkən saxlanılıb. Yaxınları deyib ki, iki mülki geyimli şəxs onun avtomobilinin qarşısını kəsib, azyaşlı qızının gözü qarşısında maşından düşürərək başqa avtomobillə naməlum istiqamətə aparıblar. Bildirilir ki, hadisə azyaşlı Nil İsmayılzadədə ciddi psixoloji sarsıntı yaradıb.

Fidan Abbasova uzun müddətdir Orxan İsmayılzadəyə qarşı aliment, atalıq və uşağın soyadının tanınması ilə bağlı məhkəmə çəkişməsi aparırdı. 2026-cı il aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə qəbul edilən qərarla Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsi qüvvədə saxlanılıb. Həmin qərara əsasən, Orxan İsmayılzadə Nilin atası hesab olunub, uşağın sənədlərində atasının adının və “İsmayılzadə” soyadının göstərilməsi qərara alınıb. Eyni zamanda Orxan İsmayılzadənin hər ay 500 manat aliment ödəməli olduğu müəyyən edilib. İş materiallarında tərəflərin uzun müddət faktiki nikah münasibətlərində yaşaması, birgə xarici səfərləri və digər sübutların yer aldığı bildirilir.

Məhkəmə tərəfindən təyin olunmuş ekspertizalarda isə Orxan İsmayılzadənin iştirakdan yayındığı qeyd olunur. Azərbaycan qanunvericiliyinə əsasən, ekspertizadan yayınma qarşı tərəfin xeyrinə qiymətləndirilir.
Fidan Abbasovanın yaxınları ölkə rəhbərliyinə müraciət edərək, onun qızının hüquqları uğrunda mübarizə apardığı üçün cəzalandırıldığını diqqətə çatdırır və işin obyektiv araşdırılmasını istəyirlər.
E.Məmmədəliyev,
Musavat.com

Xəbəri paylaş