Burda dustaqlar AYLIĞA OTUZDURULUB... - ödəniş etməyən isə...
Bu gün, 13:49
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki şəhərində yerləşən 15 saylı cəzçəkmə müəssisəsində acınacaqlı mənzərə hökm sürür. "DİA-AZ" bu barədə sosial şəbəkələrə istinadən xəbər verir.Məlumata görə, cəzaçəkmə müəssisəsinin rəisi orda saxlanılan bütün dustaqlardan aylıq haqq tələb edir. Əks halda, yəni ödənişdən boyun qaçırdığı təqdirdə həmin məhbusa rəsmən cəhənnəm yaşadılır.
Məlumata görə, məbləğ konkret deyil və məhbusların maddi imkanı səviyyəsinə görə dəyişir:
"Yalnız bir-iki istisna ola bilər. Yəni kimsəsiz məhbuslar ödəniş etmirlər. Qalan hər bir dustaq aylıq pul verir ki, əslində qanuni olan hüquqlarından - məsələn, ailə üzvləri ilə görüş, sovqat qəbulu və digər bu kimi hüquqlarından istifadə edə bilsin".
Görünür, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun bundan xəbəri yoxdur. Biz də elə buna ümid edirik...
Xəbəri paylaş



























