QAYNANASININ EVINDƏN OGURLUQ EDƏN BƏLƏDİYYƏ SƏDRİ!

 
Bu gün, 10:25           
Masallı rayonundan daxil olan rəsmi şikayət məktubu, bölgədə bəzi ünsürlərin mənəviyyat, qanun və insanlıq hissini necə tamamilə itirdiyini gözlər önünə sərir.
İttihamların mərkəzində dayanan şəxs — Masallı rayonu, Musaküçə bələdiyyəsinin işçisi Eldəniz Kərimovdur.
Qarşıdakı faktlar sadəcə hüquq pozuntusu deyil; bu, dövlətə, xalqa və mənəvi dəyərlərə qarşı açıq-aşkar meydan oxumaqdır! Hüquq-mühafizə orqanları bu rəzalətə dərhal xitam verməlidir!
Aybəniz İsmayılovanın anasının müəmmalı ölümü və həmin gün baş verənlər insanı dəhşətə gətirir.
Hər gün anası ilə mütəmadi olaraq 50 dəfə əlaqə saxlayan, ona ən yaxın ərazidə işləyən bacı, məhz ölüm günü qəfildən yoxa çıxır və heç bir zəng etmir. Bu təsadüfdür, yoxsa qabaqcadan planlaşdırılmış vicdansızlıq?
Ən bağışlanılmaz cinayət isə budur: Şikayətçi Aybəniz Ismayılova evə gəlib anasını ölmüş vəziyyətdə taparkən təcili yardım çağırmaq istəyir, lakin Eldəniz Kərimov və onun arvadı vətəndaşın qarşısını kəsərək buna mane olurlar!
İnsan canı tapşırarkən həkim çağırmağa mane olmaq hansı caninin ağlına gələr? Bunun bir adı var: tibbi müdaxilənin qarşısını kəsərək ölümə rəvac vermək!
Bunun dərhal ardınca evdən 15 000 AZN nağd pulun və bir o qədər dəyərdə qızıl-zinət əşyalarının oğurlanması bu şəxslərin əsl simasını ortaya qoyur. Bu soyğunçuluğu özləri etiraf edib, "hə, biz götürmüşük, verməyəcəyik" deyəcək qədər qudurğanlaşıblar.
Hələ bu da azmış kimi, ananın qırxı çıxmamış ata evinə göz dikib, yetim qalmış bacını hədələyərək qovmaq və evi satışa çıxarmaq mənəvi səfilliyin son həddidir!
Eldəniz Kərimov təkcə ailə daxilində deyil, dövlət qarşısında da cinayətkardır. Onun Musaküçə bələdiyyəsində rüşvətxorluqla məşğul olması, dövlətin torpaqlarını qanunsuz şəkildə sataraq varlanması barədə rəsmi ittihamlar var.
Zamanında ulu öndər Heydər Əliyevin və cənab Prezidentin şəkillərini cıracaq qədər radikal, anti-dövlət mövqe nümayiş etdirən bu şəxs, hansı haqla və hansı cürətlə bu gün dövlətin bələdiyyə institutunda oturub millətə qan uddurur?
Dövlətin çörəyini yeyib, dövlətin rəhbərinə xəyanət edən, torpaq maxinasiyaları ilə bələdiyyəni talayan bu ünsürün yeri bələdiyyə kürsüsü deyil, dəmir barmaqlıqlar arxasıdır!
Bu rəzalət zəncirinin ən qorxulu və ən kəskin tərəfi isə insan sağlamlığına yönəlmiş birbaşa qəsddir! Eldəniz Kərimovun qanunsuz əməllərinə şərik olan həyat yoldaşının (şikayətçinin bacısının) HEÇ BİR TİBB TƏHSİLİ YOXDUR!
Amma bu savadsız, diplomsuz və sertifikatsız qadın hazırda harıncasına tibb bacısı kimi fəaliyyət göstərir.
Bu, sadəcə qanun pozuntusu deyil, bu, kütləvi qırğına rəvac verməkdir!
Tibb elmindən, insan anatomiyasından xəbəri olmayan, diplomu ümumiyyətlə olmayan birinin xəstələrə müdaxilə etməsi cinayətdir. Səhiyyə Nazirliyi, Təbib və hüquq-mühafizə orqanları hara baxır?
Masallı camaatının canı bu saxtakar, təhsilsiz cəlladların əlində oyuncaqdırmı? İnsanların həyatı ilə bu cür oynamağa kim icazə verib?
Özünü saxtakarlıqla mərhumənin oğlu kimi təqdim edib ölüm arayışı alan, yas məclisinin xərclərini öz cibindən çıxmış kimi göstərib əslində ananın pullarını mənimsəyən Eldəniz Kərimov və onun heç bir təhsili olmayan saxta tibb bacısı arvadı qanun qarşısında diz çökməlidir!
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi və Təbibə RƏSMİ ÇAĞIRIŞ EDİRİK:
Eldəniz Kərimovun Musaküçə bələdiyyəsindəki rüşvətxorluq və qanunsuz torpaq satışı cinayətləri dərhal araşdırılsın, fəaliyyətinə xitam verilsin!
Evdən oğurlanan 15 000 AZN pul, qızıllar və vətəndaşa qarşı edilən hədə-qorxular üzrə dərhal cinayət işi açılsın!
Heç bir tibbi təhsili olmadan qanunsuz olaraq tibb bacısı işləyən və insan həyatını birbaşa təhlükəyə atan o qadın dərhal vəzifəsindən kənarlaşdırılsın və cinayət məsuliyyətinə cəlb edilsin!
Dövlətin qanunlarını və vətəndaşın hüquqlarını heçə sayan bu şəxslərin ifşası sona qədər diqqətimizdə olacaq. Heç kim qanundan üstün deyil!
Sima Babayeva
TEREF


Facebook-da paylaş




Xəbəri paylaş


 
 


Xəbər lenti