İcra başçısı Rafiq Quliyevin tabeliyindəki idarədə vergi SKANDALI: 3.8 milyon manatı ötdü

 
Bu gün, 11:33           
Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) dövlət büdcəsinə olan vergi borcunun həcmi kəskin şəkildə artıb.
"32gun.az"ın əldə etdiyi məlumata görə,  rayonun mənzil-kommunal təsərrüfatı qurumunun vergi borcu hazırda astronomikal həddə — 3,828,419.75 AZN-ə çatıb.
Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Çəpərxan oğlu Quliyevdir, milyonlarla manatlıq vergi borcu ilə gündəmə gələn Xətai Rayon MKTB-nin qanuni təmsilçisi və birliyin rəhbəri (rəisi) Fəxrəddin Məhəmməd oğlu Məmmədovdur.



Xəbəri paylaş


 
 


Xəbər lenti