16 mərtəbəli binada 17-ci mərtəbə – MTK-ya ittiham + VİDEO

 
Bu gün, 14:33           
Layihədə 16 mərtəbədən ibarət olan yaşayış binasına sonradan bir mərtəbə də artırılıb. 17-ci mətəbədəki mənzildən axan su vətəndaşın 3 otaqlı mənzilinin tavanını və döşəməsini sıradan çıxarıb.
Bu iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə paytaxtın Xətai rayonunda “Səfalı” MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin sakini İlhamə Əliyeva müraciət edib. O bildirib ki, Məhəmməd Hadi küçəsi 58A ünvanında, 492 nömrəli mənzilini əsaslı təmir etdirməsinə baxmayaraq, evində bir gün belə rahat yaşaya bilməyib:
İlhamə Əliyeva iddia edir ki, MTK binanın mansard mərtəbəsini başqa bir vətəndaşa satdıqdan sonra onun 16-cı mərtəbədə yerləşən 3 otaqlı mənzilində təkcə mətbəx deyil, demək olar ki, bütün otaqlar yararsız vəziyyətə düşüb. İlhamə Əliyeva hazırda çıxılmaz vəziyyətdə qaldığını bildirir:
Onun sözlərinə görə, hazırda nə MTK, nə də 17-ci mərtəbədə yaşayan qonşu yaranmış problemin həlli üçün hər hansı addım atır və ya onun müraciətlərinə məhəl qoyur:
İlhamə Əliyeva deyir ki, yaşayış kompleksinin komendantı Fuad Həsənov mənzilə baxış keçirsə də, baş verənlərlə bağlı akt tərtib etməyib. Bu səbəbdən vətəndaşın məhkəməyə müraciət etməsi də çətinləşib. İddialarına aydınlıq gətirmək üçün yaşayış kompleksinin komendantı Fuad Həsənovla əlaqə saxladıq:
Çıxılmaz vəziyyətdə qalan vətəndaş bildirir ki, bundan sonra aidiyyəti dövlət qurumlarına təkcə yuxarı mərtəbədə yaşayan qonşusu ilə bağlı deyil, mənzili aldığı tikinti şirkəti barədə də müraciət edəcək.






Xəbəri paylaş


 
 


Xəbər lenti