Polis Humay Qədimovanın müraciətini nəzarətə götürdü

 
5-11-2022, 12:28           
Tarzən Humay Qədimovanın Daxili İşlər Nazirliyinə etdiyi videomüraciət nəzarətə götürülüb.
“Əyalətmedia.az” xəbər verir ki, bu barədə tarzən öz instaqram hesabında məlumat verib. O əlavə edib ki, polis tərəfindən iş nəzarətə götürülərək araşdırılır
Qeyd edək ki, H.Qədimova müraciətində sürücüsünün Ekologiya Postu deyilən ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru tərəfindən qanunsuz olaraq saxlanıldğını bildirib. Tarzənin sözlərinə görə, sürücüsü içkili olmadığı halda, onun içkili olduğunu iddia edərək daha sonra ondan sənədlərini tələb edib.
Sənətçi həmin inspektorun avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istədiyini də bildirib.



Xəbəri paylaş


 
 


Xəbər lenti