Arzu Rəhimovun işçiləri belə işləyir... - GİLEY
23-11-2022, 11:00
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba rayon idarəsində rəsmən özbaşınalıq hökm sürür. DİA.AZ bildirir ki, bu barədə Pünhan adlı Quba sakininin şikayətindən də anlaşılır.Narazı vətəndaş yazır: "Qardaşım ayaqlarından əziyyət çəkirdi.əsgərliyə görə komissarlığa çağırdılar. Yoxlanması üçün xəstəxanaya göndərildi.xəstəxana yastıpəncəliliyin 3-cü dərəcəsini təyin etdi. Lakin sonra yenidən komissarlıq işçisi "mən öz cibimdən pul verib səni yenidən yoxladacam" dedi.
Orada 2-ci dərəcə yazdılar və hərbiyə göndərdilər.qardaşım iki ay olacaq gedib. Lakin 2-3 gün hərbi ayaqqabı geyinib.
Qalan vaxtı ancaq şəp-şəp geyinib. Hərbi hissə də yoxlanışa göndərmir. Biz nə edək, kimə müraciət edək?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Xəbəri paylaş



























