Ermənilər TƏŞVİŞDƏ: Xankəndidə kilsənin divarlarına boya ilə MESAJ YAZDILAR - FOTO

 
9-03-2023, 12:16            77 dəfə baxılıb
“Qarabağda bazar günü hadisələrindən təxminən bir həftə əvvəl fövqəladə hal qeydə alınıb”.
Əyalətmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Nəşr” qəzeti məlumat yayıb.
“Fövqəladə hal bazar günü terror aktından təxminən bir həftə əvvəl qeydə alınıb.
Qarabağda danışırlar ki, fevralın sonunda kimsə gecə vaxtı Stepanakert (Xankəndi – red.) kilsəsinin divarlarında yaşıl boya ilə qeydlər edib. Səhər bunu aşkar edən “səlahiyyətlilər” yazıları təmizləmək üçün divarları tez qumlamağı əmr edib.
Bildirilir ki, mesajlar “prezident” Arayik Arutyunyana ünvanlanıb. Məsələ ondadır ki, Arutyunyan seçkiqabağı vədlərinə həmin kilsənin yanından başlayıb və sonra “prezident” seçilib. Deyirlər ki, unudulmuş vədləri qeydlərlə xatırladıblar. Amma “Arsax” xalqı başa düşmür ki, niyə bunu kilsənin divarlarında yazıblar”, – deyə nəşr bildirib.




Xəbəri paylaş


 
 


Xəbər lenti