"Azəriqaz" vətəndaşları necə QAZLAYIR - BU NƏDİ BELƏ?

 
20-06-2022, 10:35            48 dəfə baxılıb
Qaz itkisinin "azaldılması" üçün "Azəriqaz" tərəfindən abonentlərə qeyri-qanuni borclar yazilir. Bu barədə DİA.AZ-a sözügedən qurumdakı mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, təkcə 2022-ci ilin may ayında 547 min 636 abonentə borc yazılıb.

Daha sonra mənbə dia.az-a açıqlamasında əlavə edir: "Lakin bu borclar sizə təqdim ounan bildirişlərdə görsənmir. Respublikanin demək olar ki bütün rayonlarında, hətta Bakı şəhəri daxil olmaqla və onun rayonlarında da abonentlərə borclar yazılıb. Sizə borc yazılıb-yazılmadığını bilmək üçün rayon qaz istismarı xidmətinə və ya ASAN xidmət, ASAN Komunal mərkəzlərinə yaxınlaşaraq abonent saldosu (balans) tələb edirsiniz, həmin sənəddə borcunuzu, illik qaz sərfinizi, ödədiyiniz vəsaitləri görəcəksizniz.

Bu halda tutaq ki, sizə təqdim olunan bildirişdə 15 manat borc, lakin saldoda 30 manat görsənirsə, demək Siz "Azəriqaz"ın hansısa məmurunun kresloda oturmasına şərait yaradanlardansınız. Əgər fərq yoxdursa, deməli, sizə əlavə borc yazılmayıb.

Bu borc nə vaxt sizin hesabınızdan silinəcək, yaxud silinməyəcək, yaxud sizə müəyyən üsullarla ödənilətdiriləcəkmi... məlum deyil.

Abonentlərə yazılan, onların görmədiyi borc isə qaz itkisinin bağlanması üçündür..."

İddia olunanlarla bağlı  qarşı tərəfi də dinləməyə hazırıq..



Xəbəri paylaş


 
 


Xəbər lenti