Bölgələrdə məmur həbsləri davam edəcək - REAKSİYA
3-08-2023, 12:21 249 dəfə baxılıb
Rayonlarda vəzifəlilərin özbaşınalığı və acgözlüyü dayanmır
Son 5 ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə tədbirləri çərçivəsində iri, orta və xırda məmurların həbsi də həyata keçirilir. İndiyədək nazir, nazir müavinləri, generallar, icra başçıları, bələdiyyə sədrləri də daxil olmaqla, onlarla məmur həbs edilib. Bir müddətdir ki, məmur həbsləri azalmışdı, bu onunla izah edilirdi ki, aparılan həbslərdən digər məmurlar da nəticə çıxarar.
Lakin yerlərdən gələn informasiyalar onu deməyə əsas verir ki, müəyyən müddət qırğı məmurlar özlərini yığışdırsalar da, son dövrlər yenə də ənənəvi metodlarına qayıdırlar. Şübhəsiz ki, dövlətə, Prezidentə də bu siqnallar dəqiqliyi ilə gəlir çatır.
Görünən budur ki, məmurlar özlərinə yığışmadıqları üçün həbslər də dayanmayacaq.
Məlum olduğu kimi, 31 iyul 2023-cü il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib və Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sahil Qənbərli həbs edilib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Xudaverdiyev Qalib Firudin oğlunun da məsuliyyətə cəlb edildiyi bildirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsində işləyən Tofiq Kərimov da vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələriylə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Yerlərdə bu kimi rüşvətxor, talançı, bürokrat məmurlarla daha sərt davranılması cəmiyyətin arzusudur. Görünən budur ki, dövlət məmurlarla sərt davranışı davam etdirəcək. Ortada olan sual isə ondan ibarətdir ki, məmurlar cəzalandırılan həmkarlarının taleyindən niyə ibrət götürmür? Yoxsa, onlar bəzi hallarda daha az cəzalar kəsilməsinə görə talançılıqları durdurmur? Düşünür ki, milyonlar mənimsəyib, 3-5 il yatıb çıxacaq... Bu baxımdan korrupsiyaya görə tutulan məmurlara ağır cəzalar verilməsi məsələsi gündəmə gəlir.
Tural Abbaslı: “Düşünürlər ki, 2 il yatıb çıxacam, əvəzində 15-20 milyona sahib olacam”
AĞ Partiya başqanı Tural Abbaslı rüşvətxor məmurlara qarşı görülən tədbirlərşn tam yetərli olmadığını deyir. Onun fikrincə, belə məmurlara ciddi dərs olacaq proses aparılmır: “Bu məsələdə vəziyyət eynən qeyd olunan kimidir. Baxmayaraq ki, bir neçə ildir korrupsiya ilə bağlı iri çinli məmurlar həbs olunur. Bunların içərisində icra başçıları, nazirlər, nazir müavinləri var. Yəni hər ranqda məmurların ifşa olunmaları, həbs edilmələri prosesi gedir. Telekanallarda bunun göstərilməsinə, sosial şəbəkələrdə yayılmasına, qara maskalılar olayına şahidlik etmişik. Amma bütün bunlara rəğmən korrupsiya, rüşvət, insanların incidilməsi, büdcədən oğurlamalar davam edir. Niyə belə olur? Düşünürəm ki, ilk növbədə sistemdə dəyişiklik lazımdır. Nə qədər ki, müxalifət idarəçiliyə buraxılmır, dövlətə nəzarət funksiyasına sahib deyil, o zamana qədər belə oğurluqlar davam edəcək. Çünki məmur oğurlayır, nəzarət edən də özündəndir. Hamısı özündən olanda, təbii ki, ”əl əli yuyar, əl də üzü" prinsipi davam edəcək. Ona görə də, düşünürəm, dövlət idarəçiliyində müxalifətin iştirakı təmin olunmalıdır ki, belə neqativ hallar olmasın. Ən azından bir-birinə nəzarət etməlidirlər. Zatən müxalifətin də funksiyası budur. Amma təəssüf ki, müxalifət dövlət idarəçiliyinin heç bir mərhələsində təmsilçiliyə sahib deyil. Ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün bu, düşünülməz hala gəlib, yəni xəyal belə edilmir. Bu da yanlışlıqlara yol açılmasına səbəb olur. “Burda mənəm, Bağdadda kor xəlifə” anlayışı yaranıb. Burada əsas səbəblərdən biri də korrupsiya və rüşvətxorluğa görə tutulan insanların qısa zamanda azadlığa çıxması və oğurladıqlarının azından yarısının özlərində qalmasıdır. Adam milyonlar yeyir, məsələn, 7 il iş alır. Bu işlərdən də Apelyasiya və Ali məhkəməyə müraciət edir. 7 il işi də gətirib 4 il yarıma salırlar. Bunun da yarısını həbsxanada keçirib, azadlığa çıxır. Müsadirə olunan əmlakı barədə məhkəməyə müraciət edir və tutaq ki, oğurlayıb 30 milyon, bunun yarısını geri qaytara bilir. Nəticədə belə anlaşılır ki, bu məmur ömrünün iki ilini fəda edərək, 15 milyon manat pul qazanır. Buna da istər biznes, istərsə də, Azərbaycan reallıqları baxımından yanaşdıqda, böyük rəqəm sayılır. Düşünürlər ki, 2 il yatıb çıxacam, əvəzində 15-20 milyona sahib olacam, buna görə dəyər... Ortada Çovdarov nümunəsi, eləcə də, bəzi məmurların əmlaklarının geri qaytarılması halları var. Hətta bu günlərdə Cəlilabadın keçmiş icra başçısının oğlanları əmlaklarının geri qaytarılması üçün məhkəməyə müraciət etdilər. Belə nüanslar var deyə, artıq korrupsiya həbsləri, qara maskalılar olayı məmurlar üçün əvvəlki kimi, qorxu, effekt yaratmır. Əgər bir evin tikintisinə 30 min rüşvət alınırsa, görün indi həmin rayonda nə qədər evlər tikilib, o insanlar nə qədər rüşvət alıblar. İndi Tərtərin baş memarı həbs olunur, amma icra başçısı azadlıqda qalır. Heç kim məni inandıra bilməz ki, orada memar icra başçısının xəbəri olmadan bu qədər pul alıb, yaxud ona pay çatmayıb. Ədalətin bərpa olunmaması prosesin effektivliyini azaldır. Ona görə də bu prosesin effektli olması üçün qaydalar ədalətli və sərt olmalıdır. Bağışlamaq olmaz ki, başqaları da pis nümunə götürməsin".
Ceyhun Məmmədov: “Hər bir məmur nəzərə almalıdır ki, cəza tədbirləri çox sərt olacaq”
Deputat Ceyhun Məmmədov məmurları görülən bu tədbirlərdən dərs çıxarmağa çağırdı: “Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə bu məsələyə öz münasibətini bildirib, məmurlara çox ciddi şəkildə xəbərdarlıq edib, onlara öz iradlarını çatdırıb. Bu məsələlərlə bağlı dəfələrlə biz məmurların həbs olunduqlarının şahidi olmuşuq. Bunlar birinci hal deyil. Əslində gözlənilən idi ki, bu hadisələrdən ciddi nəticə çıxarılacaq və məmurlar bu kimi addımlar atmayacaqlar. Biz Azərbaycanda rüşvətin azaldığının, ümumiyyətlə, rüşvətlə bağlı müzakirələrin aparılmadığının şahidi olacağımızı düşünürdük. Amma təəssüflər olsun ki, son hadisələr də göstərdi ki, belə hallar baş verir. Hər bir məmur nəzərə almalıdır ki, rüşvətxorluqla mübarizə bir kampaniya xarakteri daşımır. Burada konkret məqsəd və hədəf odur ki, Azərbaycanda bu məsələ tamamilə aradan qalxsın. Məmurlar belə məsələlərə son qoymalıdırlar. Bu məsələlərə son qoyulacağı təqdirdə əlbəttə, dövlət bu kimi addımlarını davam etdirəcək. Hər kəs çalışmalıdır ki, bu kimi addımları atmasın, bu kimi hallara yol verməsin. Dövlət başçısının bu məsələdə iradəsi, yanaşması qətiyyətlidir. Hər kəs bunu nəzərə almalıdır. Azərbaycanda bu istiqamətdə tədbirlər gələcəkdə də davam etdiriləcək. Rüşvətxorluqla mübarizə bu gün dövlət siyasətində əsas istiqamət olaraq qalır və gələcəkdə də qalacaq. Ona görə də hər bir məmur atdığı addımda, fəaliyyətində diqqətli olmalıdır. Bundan sonra belə hallar təkrarlanmamalıdır. Əgər belə hallar bundan sonra da təkrarlanarsa, əlbəttə, bunun qarşısı dövlət tərəfindən çox qətiyyətlə alınacaq. Bunu hamı bilməli, nəzərə almalıdır. Ölkə başçısı Azərbaycanda bu problemlərin həllinə çalışır. Bundan sonra da hər bir məmur nəzərə almalıdır ki, bu yöndə cəza tədbirləri çox sərt olacaq”.

Xəbəri paylaş