1 milyonluq dələduzluq və daha nələr...

 
21-06-2022, 13:16            58 dəfə baxılıb
Azərbaycanın məşhur forex şirkətlərindən biri olan “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin adı növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Türkiyədə də fəaliyyət göstərən və “listingistanbul”un tərəfdaşı olan “investAz” şirkətinin idarə heyətinin sədri Elşən Quliyevdir.
32gun.az xəbər verir ki, Türkiyənin məşhur saytlarından olan “şikayetvar.com”da sakinlər “İnvestAz”la dələduzluğa məruz qaldıqlarını iddia ediblər.
Şikayətçilərdən biri “İnvestAz” səhvi üzündən hesabından pul silindiyini, şirkətə şikayət etsə də çarə tapmadığını bildirib: “Investaz Kreditim Olmayanda Defolt Faiz Yazırlar!”

Digər şikayətçi isə belə deyib:

“Təxminən 10 gün əvvəl Investaz-da investisiya hesabı açdım. Heç bir rəqib şirkətdə belə bir prosedur olmasa da, Foreks sınaq hesabının başlaması üçün məndən hesabı 10 min dollarla maliyyələşdirməyimi istədilər və mən Kapital Bazarları Şurasının lisenziyasına malik böyük bir şirkət kimi ona etibar etdim. Mənə heç bir qazanc gətirməsə də, əmanətim 1 həftədir onlardadır.

Dünən pul köçürmə yolu ilə 10 min TL hesabıma göndərdim.

Bu gün səhər birjada ticarət edə bilmək üçün 5 saat ərzində öz hesablarına bir neçə dəqiqə ərzində qoyulmuş balansımı hesabıma köçürmədilər, dəfələrlə zəng etməyimə baxmayaraq, icazə vermədilər.
Belə bir problemlə üzləşəndən sonra TL balansımı çıxarmaq istədim, gün ərzində telefonlara, elektron məktublara cavab vermədilər. 10 min TL-ni güclə, dava edərık aldım. Yenə 10 min dolları ləğv etdilər və hazırda yeni sorğu yaratmağa icazə vermirlər.

Qeyri-qanuni mərc saytı kimi real məsləhət firmasıdır. Xidmət keyfiyyətinin aşağı olması səbəbindən pulunuzu geri çəkmək istəyəndə telefona cavab da vermirlər.

Digər bir müştəri isə “İnvestaz” firmasında ötən illər ərzində açdırdığı və uzun müddətdir işlətmədiyi hesabının bağlanılmasını tələb ets d\ buna əməl edən olmadığını deyib.
Xatırladaq ki, bir müddət öncə “İnvestAZ”-ın vəzifəli şəxsləri cinayət işi üzrə məhkəməlik olmuşdu.
Şirkət bəraət aldıqları barədə açıqlama yasa da, Türkiyədə prokuror bu hökmdən apellyasiya şikayəti vermişdi.
Söhbət “İnvestAZ”-ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akcanın əməllərindən gedirdi. Adı çəkilən şəxslərə qarşı cinayət işi türkiyəli iş adamı Yunus Akgünün şikayəti əsasında açılmışdı .
Mətbuatda gedən məlumatlara görə, 1 milyon dollarının mənimsənildiyini iddia edən iş adamı qeyd edir ki, “İnvestAZ”-da öz hesabında olan pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb.
İş adamı bununla bağlı Bakıya da gələrək şirkət rəhbərliyi ilə görüşüb, rəsmi qurumlara müraciətlər edib.

Y.Akgünün İstanbul prokurorluğuna şikayətindən sonra “İnvestAZ”-ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akca barəsində cianyət işi açılıb.

İstanbul Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edən ərəfədə adı çəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib.

İstintaq zamanı Elşən Quliyev, Ceyhun Abdullayev və Ümit Arca iş adamı Yunus Akgünü tanımadıqlarını deyiblər.

İstanbul Ağır Cinayətlər Məhkəməsi hər üç şəxs barəsində bəraət hökmü çıxarsa da, İstanbul Prokurorluğu bununla razılaşmır. Prokuror bu hökmdən apellyasiya şikayəti verərək, “İnvestAZ”-ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akcanın həbs edilməsini istəmişdi.



Xəbəri paylaş


 
 


Xəbər lenti