Dövlət qurumu fiziki şəxsdən 140 min manata bina icarəyə götürdü

 
8-09-2023, 11:20            89 dəfə baxılıb
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatı üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satınalınması ilə bağlı keçirilmiş açıq tender prosedurunda yekun vurulub.

Əyalətmedia.az FED.az-a istinadla xəbər veir ki, fiziki şəxs Ülkər Firudin qızı Əliyeva qalib elan olunub.

Qalib şəxsə 140 580 manat ödəniləcək.

Bina icarəsi 5 ay üçün nəzərdə tutulur və 1980 m2 ərazini əhatə edir.





Xəbəri paylaş


 
 


Xəbər lenti