Nazir direktoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi
13-09-2023, 12:37 133 dəfə baxılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin direktoru işdən çıxarılıb.
Əyalətmedia.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Eyvazov Şaban Hümmət oğlu Respublika Reabilitasiya Mərkəzinin direktoru vəzifəsindən azad olunub.
O, daha kiçik vəzifəyə - Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirən 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Əldə etdiyimiz məlumata görə, Şaban Eyvazovun vəzifəsindən azad olunmasının səbəbi aparılan yoxlama zamanı Respublika Reabilitasiya Mərkəzinin fəaliyyətində ciddi nöqsanların aşkarlanması olub.
Bu barədə növbəti yazımızda.

Xəbəri paylaş