PAŞA Holding əməkdaşları Londonda data konfransında
21-06-2022, 14:53 104 dəfə baxılıb
PAŞA Holding-in data ekspertləri Dataİku tərəfindən təşkil olunan “EVERYDAY AI CONFERENCE LONDON” konfransında iştirak ediblər. Dataiku tərəfindən təşkil olunan bu konfransın əsas məqsədi Dataİku platformasının istifadəçisi olan, eyni zamanda şirkətdaxili güclü data və Aİ sistemini qurmuş təşkilatları bir araya toplamaq və onlar üçün data istiqamətində yenilikləri müzakirə etmək imkanı yaratmaqdır. Belə ki, sözügedən konfrans zamanı iştirakçı şirkətlər sahə üzrə yeni tendensiyaları, istifadə hallarını (use case) müzakirə edib, uğur hekayələrini bölüşüblər.
Bundan əlavə, səfərin bir hissəsi olaraq, PAŞA Holding-in Baş Data inzibatçısı Mehti Aslanov Dataİku-nun “Executive Council” görüşündə də iştirak edib.
Qeyd edək ki, PAŞA Holding ölkədə ilk datayönümlü şirkətlərdən olaraq 2020-ci ildən etibarən bu sahədə irimiqyaslı addımlar atır. Belə ki, data strategiyası çərçivəsində PAŞA Holding datanın düzgün idarəedilməsi sisteminin təşkili, data mədəniyyətinin təşviqi, data mübadiləsi platformasının yaradılması və qabaqcıl analitik “use case”lərin istifadəsi kimi bir çox fəaliyyətlər icra edib.

Xəbəri paylaş