Namiq Zeynalovun oğlanlarının şikayətinə bu tarixdə BAXILACAQ
18-09-2023, 12:50 117 dəfə baxılıb
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun oğlanları atarının barəsindəki hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Əyalətmedia.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 13-nə təyin edilib.
Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Namiq Zeynalovun oğlanları - Rəsul və Fərid Zeynalovlar atalarının cinayət işi üzrə müsadirə edilmiş əmlakları geri istəyirlər.
Qeyd: Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Zeynalov 12 il həbs cəzası verilib.
Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib.

Xəbəri paylaş