Şuşa səfərinə görə aldadılan alimlərin pulları hələ də qaytarılmayıb

 
22-06-2022, 12:14            78 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Şuşada keçiriləcək tədbirdə iştirak üçün Azərbaycan Milli Elmlər Akademiyasının 370 alimindən pul alıb, onların tədbirdə iştirakını təmin etməyiblər.

Akademiyanın alimləri sosial şəbəkə hesablarında onlardan Şuşada keçirilməsi nəzərdə tutulan “Qarabağ 3” konfransı üçün 70 manat məbləğində pul alındığını yazıblar.

Konfransı təşkil edən Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan üzrə baş təmsilçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşı Əlvan Cəfərov bu haqda paylaşım etsə də, sonradan həmin paylaşımı silib.

Məlumat yayılandan sonra alimlərin pulları özlərinə qaytarılıb. Lakin bəzi alimlər məsələnin pulda, maddiyyatda olmadığını qeyd ediblər. Dia.az-ın məlumatına görə, konfransda iştirak üçün qeydiyyatdan keçən tarixçi alim Arif Gürşadoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, bununla bağlı polisə müraciət edəcək:

“Məsələ ilə bağlı sabah, ya birigün Yasamal rayon Polis İdarəsinə müraciət edəcəyəm. Məsələ orada araşdırılır. Başqa kimin müraciət edib etmədiyini bilmirəm. Amma mən mütləq müraciət edəcəyəm”.


0



Xəbəri paylaş


 
 


Xəbər lenti