5 nömrəli Kliniki Doğum Evi 15 milyon manata təmir edilir

 
26-10-2023, 12:42            122 dəfə baxılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “ORN GROUP” MMC olub.
Əyalətmedia.az yeniavaz.com-a istinadla xəbər verir ki, Agentlik Kliniki Tibbi Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınmasına görə “ORN GROUP” MMC-yə 14 milyon 819 min 295 manat 14 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 129 min 500 manat olan “ORN GROUP” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küç., ev 102, m. 47 -də yerləşir. Şirkətin qanuni təmsilçisi Bağırov Qəzənfər Füzuli oğludur.



Xəbəri paylaş


 
 


Xəbər lenti