“Aygün Kazımova nə savabım, nə də günahımdır” - Video

 
23-06-2022, 11:10            64 dəfə baxılıb
Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə bağlı sualları cavablandırıb.
“Əyalətmedia.az” xəbər verir ki, “O kimdir?” proqramında qonaq olan sənətçi Kazımova ilə illər əvvəl duet oxuduğu üçün onu qınayanlara belə cavab verib: “Əslində fəxr edirəm. Birlikdə başlayanda qınaq çox olurdu. Bu gün sevinirəm ki, düşündüyümüz hədəfə çatmışıq. O qınayanlar artıq duetimiz üçün darıxırlar”.
Meyxanaçı A. Kazımova ilə ayrılıq səbəbini açıqlamayıb: “Ayrılığımız barədə isə danışa bilmərəm. Bəzən hirslənmişəm, demişəm açıqlayacağam. Öz-özümə danışıb, sonra özümə nifrət etmişəm. Bir kişinin belə şeyləri insanlar içində danışması doğru deyil. O açıqlamanı məndən eşidən insanlar da, deyəcək ki, yaraşmadı, niyə belə danışdın. Amma vaxt gələcək, özüm haqda sənədli film çəkəcəyəm, orada hər şey bilinəcək. Hələ ki 43 yaşım var. Bu, 60 yaşımdan sonra olacaq”.
N. Qaraçuxurlu aparıcının “İllər əvvəl müsahibələrinizin birində “Aygün xanım ən böyük savabımdır” demişdiniz. İndi həmin savab günaha çevrilibmi” sualına isə belə cavab verib: “Aygün xanım nə savabım, nə də günahımdır. Bir insan səninlə birlikdə olanda xoşbəxtdirsə, təbii ki, buna savab demək olar. Amma müvəqqəti olduğuna görə ona bir ad qoya bilmirəm. Şəxsi münasibətlərimiz keçib, amma duetlərimiz əbədidir. Düşünürəm ki, gələcəkdə də ola bilər. Aygün 1 nömrə ulduzdur və onun yerini duet baxımından təbii ki, heç kim verə bilməz. Bu yaxınlarda da mənimlə duet oxumaq üçün efir vasitəsilə müraciət edib. Yaxşı bir iş olarsa, oxuyacağıq”.









Xəbəri paylaş


 
 


Xəbər lenti