"Lənkəran Dəmir-Beton Zavodu" MMC-yə çevrilir
29-12-2023, 13:50 174 dəfə baxılıb
14 fevral 2024-cü il tarixdə, saat 09:00-da "Lənkəran Dəmir-Beton Zavodu" ASC-nin yerləşdiyi Lənkəran rayonu, Lənkəran şəhəri, T.İsmayılov küçəsi, 247 ünvanında səhmdarların ümumi yığıncağının iclası keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin fəaliyyətinin bərpa edilməsi, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının), icra orqanının (idarə heyətinin), təftiş komissiyasının (müfəttiş) üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2. Cəmiyyətin emissiya prospektində öz əksini tapmış daşınar və daşınmaz əmlakların üçüncü şəxslərə özgəninkiləşdirilməsi (satılması);
3. Cəmiyyətin yenidən təşkil edilməsi, "Lənkəran Dəmir-Beton Zavodu" Açıq Səhmdar Cəmiyyətinin təşkilati-hüquqi formasının dəyişdirilərək "Lənkəran Dəmir-Beton Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi; yenidən təşkil edilmiş "Lənkəran Dəmir-Beton Zavodu" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktorunun seçilməsi;
4. Təhvil Aktının təsdiq edilməsi;
5. Yenidən təşkil edilmiş "Lənkəran Dəmir-Beton Zavodu" MMC-nin nizamnaməsinin təsdiq edilməsi;
6. Cəmiyyətin müşahidə şurasının, idarə heyərinin, təftiş komissiyasının (müfəttiş) üzvlərinin seçilməsi;
7. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi ünvandakı inzibati binasında tanış ola bilərlər.
Ünvan: Lənkəran rayonu,
Lənkəran şəhəri, T.İsmayılov, 247

Xəbəri paylaş