“YAŞAT”ın hesabındakı məbləğ açıqlandı - Yenilənib

 
24-06-2022, 12:27            67 dəfə baxılıb
Bu günə qədər "YAŞAT" fondunun bütün valyutalarda olan hesablarına 73 milyon 781 min 435.79 manat daxil olub.
“Əyalətmedia.az” xəbər  verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edərkən bildirib.
“Bu məbləğin 61 milyon 114 min 757 manat 86 qəpiyi artıq xərclənib. Hazırda Fondun balansında 12 milyon 666 min 677.93 qəpik vəsait qalıb. İndiyə qədər 2927 şəhid ailəsini ziyarət etmişik. Qeydə alınmış yaralıların sayı isə 5 599 nəfərdir”, - deyə Elvin Hüseynov bildirib.
***
Onun sözlərinə görə, 11 min 778  manat məbləğ şəhid ailəsi və müharibə əlillərinin ailə üzvlərinin xaricdə təhsilinə xərclənib: "45 min 924 manat həmin kateqoriyadan olan ailələrin üzvlərinə ölkə daxilində təhsil üçün xərclənib. 94 min manat isə təhsillə bağlı birdəfəlik ödəniş edilib".
***
Elvin Hüseynov qeyd edib ki, Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib. “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə 1 000 AZN məbləğində maddi yardım edilib və həmin körpələrin hər birinin anasının bank hesabına 5 min manat köçürülüb. Vəsait uşaq yetkinlik yaşına çatana qədər artan faizlə saxlanıla bilər.
O bildirib ki, 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Bu günədək 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb”.
***
Fondun rəhbəri əlavə edib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 832, itkin ailə üzvlərinin 3 və yaralıların 1 166 müraciəti olmaqla, ümumilikdə 2 001 müraciət təmin edilib.
Onun sözlərinə görə, Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 min 926.74 AZN vəsait qarşılanıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti